10 Fevral 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan Avropadaxili Vergi Administrasiyaları Təşkilatının forumunda təmsil olunub

Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) video formatda keçirilmiş Rəqəmsal Kommunikasiya Forumu “COVID-19 pandemiyası və sonrakı dövrdə vergi adminstrasiyalarının kommunikasiya sahəsində fəaliyyəti” mövzusuna həsr edilib.
Dövlət Vergi Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadla xəbər verir ki, tədbirdə pandemiya dövründə vergi administrasiyasında kommunikasiya sahəsində tətbiq edilən yeniliklər və bunun nəticələri, pandemiyanın vergi administrasiyalarının kommunikasiya fəaliyyətinə gətirdiyi dəyişikliklər, öyrənilmiş və gələcəkdə tətbiqi mümkün olan təcrübələr müzakirə olunub.
IOTA-nın icraçı katibi Frantisek Imrecze forumun əhəmiyyəti, kommunikasiya alətlərinin vergiödəyiciləri üçün mühüm rolu və pandemiyanın kommunikasiya metodlarına təsirləri haqqında məlumat verib.
Plenar iclas və virtual qrup sessiyalarından ibarət forumun ilk günündə “COVID–19 dövründə və sonra kommunikasiya alətləri”, növbəti gün isə “Risklər, çağırışlar və gələcək üçün təcrübələr” mövzusunda plenar iclaslar keçirilib.
Böyük Britaniya, İspaniya, Sloveniya, Niderland, Moldova, Finlandiya, İrlandiya, Litva və Norveç təmsilçilərinin təqdimatları dinlənilib. Plenar sessiyalardan sonra keçirilən virtual qrup sessiyaları zamanı kommmunkasiya sahəsində təcrübələr, yeniliklər və risklərin minimallaşdırılması ilə bağlı həllər ətrafında fikir mübadiləsi aparılıb.
Forumda ölkəmizi təmsil edən Dövlət Vergi Xidmətinin Media və kommunikasiya idarəsinin əməkdaşı Ülkər Nəbiyeva iştirakçılara COVID-19 pandemiyası dönəmində və karantin rejimində Azərbaycanın vergi orqanları tərəfindən daxili və xarici kommunkasiyanın təşkili, vergiödəyiciləri üçün yaradılan yeni həllər, sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin çatıdırılması ilə bağlı istifadəyə verilmiş elektron məhsullar və xidmət sahəsinin elektronlaşdırılması istiqamətində görülən tədbirlər barədə məlumat verib.
Bildirilib ki, Azərbaycanda vergiödəyiciləri üçün operativ, şəffaf və rahat sistem yaratmaq, canlı ünsiyyəti minimuma endirmək və onların razılığını əldə etmək vergi siyasətinin mühüm bir hissəsidir, pandemiya şəraitində yaradılmış elektron həllər rəqəmsallaşma xidmətlərinin genişlənməsinə imkan verir.
Forumun yekun plenar iclası pandemiyanın kommunikasiya sahəsinə təsiri, pandemiya zamanı və pandemiyadan sonrakı dövrdə effektiv kommunikasiyanın qurulmasının müzakirəsi, eləcə də müzakirələrdən əldə olunmuş nəticələrin ümumiləşdirilməsi ilə başa çatıb.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?