10 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

IOTA-nın Rəqəmsal Kommunikasiya Forumu keçirilib

Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) video formatda keçirilmiş Rəqəmsal Kommunikasiya Forumu “COVID-19 pandemiyası və sonrakı dövrdə vergi adminstrasiyalarının kommunikasiya sahəsində fəaliyyəti” mövzusuna həsr edilib. Tədbirdə pandemiya dövründə vergi administrasiyasında kommunikasiya sahəsində tətbiq olunan yeniliklər və bunun nəticələri, pandemiyanın vergi administrasiyalarının kommunikasiya fəaliyyətinə gətirdiyi dəyişikliklər, öyrənilmiş və gələcəkdə tətbiqi mümkün olan təcrübələr müzakirə olunub.
IOTA-nın icraçı katibi Frantisek Imrecze açılış nitqində forumun əhəmiyyəti, kommunikasiya alətlərinin vergi ödəyiciləri üçün mühüm rolu və pandemiyanın kommunikasiya metodlarına təsirləri forum haqqında məlumat verib. Plenar iclas və virtual qrup sessiyalarından ibarət forumun ilk günündə “COVİD – 19 dövründə və sonra kommunikasiya alətləri”, növbəti gün isə “Risklər, çağırışlar və gələcək üçün təcrübələr” mövzusunda plenar iclaslar keçirilib.
Forumda Böyük Britaniya, İspaniya, Sloveniya, Niderland, Moldova, Finlandiya, İrlandiya, Litva və Norveç təmsilçilərinin təqdimatları dinlənilib. Plenar sessiyalardan sonra keçirilən virtual qrup sessiyaları zamanı kommmunkasiya sahəsində təcrübələr, yeniliklər və risklərin minimallaşdırılması ilə bağlı həllər ətrafında fikir mübadiləsi aparılıb.
Forumda ölkəmizi təmsil edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Media və kommunikasiya idarəsinin əməkdaşı Ülkər Nəbiyeva iştirakçılara COVİD-19 pandemiyası dönəmində və karantin rejimində Azərbaycanın vergi orqanları tərəfindən daxili və xarici kommunkasiyanın təşkili, vergi ödəyiciləri üçün yaradılan yeni həllər, sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin çatıdırılması ilə bağlı istifadəyə verilmiş elektron məhsullar və xidmət sahəsinin elektronlaşdırılması istiqamətində görülən tədbirlər barədə məlumat verib. Bildirilib ki, Azərbaycanda vergi ödəyiciləri üçün operativ, şəffaf və rahat sistem yaratmaq, canlı ünsiyyəti minimuma endirmək və onların razılığını əldə etmək vergi siyasətinin mühüm bir hissəsidir və pandemiya şəraitində yaradılmış elektron həllər rəqəmsallaşma xidmətlərinin genişlənməsinə imkan verir.
Forumun yekun plenar iclası pandemiyanın kommunikasiya sahəsinə təsiri, pandemiya zamanı və pandemiyadan sonrakı dövrdə effektiv kommunkasiyanın qurulmasının müzakirəsi, eləcə də müzakirələrdən əldə olunmuş nəticələrin ümumiləşdirilməsi ilə başa çatıb.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?