11 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Cari ildə ölkədə 106,2 min yeni iş yeri açılıb

Yanvar-sentyabr aylarında ölkədə 106,2 min yeni iş yeri açılıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu dövrdə yaradılmış iş yerlərinin 49,1 faizi qeyri-dövlət sektorunda açılıb. Yeni iş yerlərinin 68,3 faizi Bakı şəhərinin, 0,9 faizi Naxçıvan Muxtar Respublikasının, 30,8 faizi digər regionların, o cümlədən 9 faizi Aran, 7,5 faizi Lənkəran, 5,4 faizi Gəncə-Qazax, 2,2 faizi Abşeron, 2,2 faizi Dağlıq Şirvan, 1,6 faizi Yuxarı Qarabağ, 1,5 faizi Şəki-Zaqatala, 1,2 faizi Quba-Xaçmaz, 0,2 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşüb.

Yeni açılmış iş yerlərinin 6 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 72,5 faizi mövcud müəssisə və təşkilatlarda, 0,3 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 21,2 faizi isə digər tədbirlər üzrə yaradılıb. Hüquqi şəxslər tərəfindən yaradılmış iş yerlərinin 35,6 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 21,4 faizi tikinti, 10,9 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 6,1 faizi emal sənayesi, 5,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,6 faizi peşə, elmi və texniki fəaliyyət, 2 faizi nəqliyyat və anbar təsərrüfatı, 1,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 1,3 faizi informasiya və rabitə, 10,1 faizi isə digər iqtisadi fəaliyyət növləri üzrə açılıb.

VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?