5 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Azəri-Çıraq-Günəşli”dən neft istehsalı 3,8 milyard barreli ötüb

Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan ilk neft hasilatından bəri ümumi istehsal 3,8 milyard barreli (500 milyon tondan çox) keçib.
Bu barədə “BP Azerbaijan” şirkəti məlumat yayıb.
Qeyd edək ki, bu ilin 3 rübündə “Azəri-Çıraq-Günəşli”dən hasilat 132 milyon barrel, yəni 17,9 milyon ton olub. Yanvar-sentyabr aylarında yataqlar blokundan stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. Üç rübdə AÇG-dən ümumi hasilat – “Çıraq” (36 min), “Mərkəzi Azəri” (115 min), “Qərbi Azəri” (118 min), “Şərqi Azəri” (64 min), “Dərinsulu Günəşli” (97 min) və “Qərbi Çıraq” (52 min) platformalarından birgə gündəlik orta hesabla 482 min barrel olub.
Rübün sonuna AÇG-də ümumilikdə 124 neft hasilat, 39 su və 7 qaz injektor quyusu istismarda olub. Doqquz ayda blokda 10 neft hasilat və 2 suvurma quyusu qazılıb.
Cari ildə AÇG layihəsinə təqribən 399 milyon dollar əməliyyat və 1 milyard 398 milyon dollardan çox əsaslı məsrəflər xərclənib.
AÇG-də tərəfdaşların iştirak payları bu nisbətdədir: BP 30,37 faiz, “AzAÇG” (SOCAR) 25 faiz, MOL 9,57 faiz (bu il aprelin 16-dan “Chevron” şirkətini əvəz edib), “Inpex” 9,31 faiz, “Equinor” 7,27 faiz, “ExxonMobil” 6,79 faiz, TPAO 5,73 faiz, “Itochu” 3,65 faiz və “ONGC Videsh Limited” (OVL) 2,31 faiz.
Xatırladaq ki, 2017-ci il sentyabrın 14-də Azərbaycan hökuməti və SOCAR beynəlxalq tərəfdaşlar şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş Sazişi imzalayıb. Saziş Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən həmin il oktyabrın 31-də ratifikasiya olunub.
AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?