7 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
BP: TAP layihəsinin başa çatmasından çox məmnunuq

BP: TAP layihəsinin başa çatmasından çox məmnunuq

TAP-ın səhmdarı kimi, BP şirkəti bu mühüm layihənin başa çatmasından çox məmnundur. Bununla da, dünyada ən iri təbii qaz işlənməsi layihələrindən biri olan “Şahdəniz 2” və Cənub Qaz Dəhlizi (CQD) layihələri tam həyata keçmiş olur. Bu layihələr ilk dəfə olaraq Xəzərin qaz ehtiyatlarını Avropa ilə bağlamaqla regionunun enerji xəritəsini dəyişəcək.
Bu barədə “BP Azerbaijan” şirkəti məlumat yayıb.
“İndi CQD-nin son hissəsinin də başa çatması ilə bu nəhəng ixrac sistemi tam inteqrasiya olunub və Avropaya qaz təchizatına hazırdır. Bu da bizə imkan verir ki, Azərbaycandan Avropaya ilk qazın verilməsinə bu ilin sonunadək başlayaq və, beləliklə də, layihə başlayandan bəri vəd olunmuş əsas məqsədə nail olaq. TAP konsorsiumunu bu mühüm uğur münasibətilə təbrik edirik. SOCAR-la və bir çox ölkələri təmsil edən bir sıra digər tərəfdaşlarla yaxından işləyərək bu yüksəkkeyfiyyətli və böyük dəyişikliklər gətirəcək layihələri tam təhlükəsiz və uğurla həyata keçirməkdən qürur duyuruq”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, TAP kommersiya əməliyyatlarına başlayır. Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti əməliyyat mərhələsinə daxil olur.
TAP Yunanıstan (550 kilometr), Albaniya (215 kilometr) əraziləri, Adriatik dənizinin dibi ilə (105 kilometr) keçərək İtaliya sahillərinə (8 kilometr) çıxır.
TAP səhmdarları BP (20 faiz), SOCAR (20 faiz), “Snam” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz) şirkətləridir. TAP səhmdarları 2013-cü ilin sonunda layihənin inkişafı və tikintisi haqqında qərar verib.
TAP Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən nəhəng “Şahdəniz” yatağında hasil olunan təbii qazı Avropaya nəql edir. Boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə TANAP ilə birləşir, Yunanıstan və Albaniyadan keçərək Adriatik dənizi vasitəsilə İtaliyanın cənub sahillərinə çatır. TAP Cənub-Şərqi Avropa ölkələrini qazla təchiz edəcək. TAP-ın Yunanıstan və Albaniyadakı çıxışları və İtaliyanın sahilinə çıxışı Azərbaycan qazının geniş Avropa bazarlarına tədarükü üçün çoxsaylı imkanlar açır. Cənub Qaz Dəhlizinin əsas hissəsi kimi TAP Avropa üçün strateji və iqtisadi əhəmiyyət daşıyır və yeni təbii qaz mənbəyinə etibarlı çıxışı təmin edir. TAP Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, təchizatın diversifikasiyasında, həmçinin karbon emissiyasının azaldılmasında mühüm rol oynayır.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?