19 Aprel 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azad olunmuş ərazilərin təbii potensialı sahibkarlığın inkişafı üçün əlverişli zəmin yaradır

Azərbaycan Respublikasının 1989-1993-cü illərdə Ermənistan tərəfindən işğal olunmuş rayonlarında mövcud infrastruktur uzun illər ərzində məhv edilərək yararsız hala salınıb. Müzəffər Azərbaycan Ordusununsayəsində bir-birinin ardınca şəhər və kəndlərimizin, doğma torpaqlarımızın işğaldan azad edilməsi həm dövlətin, həm də sahibkarların qarşısında böyük məsuliyyət qoyur, geri qaytarılan torpaqlarımızda iqtisadi fəaliyyətin canlanması zərurətə çevrilir.

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev bildirib ki, zəruri vəzifələrdən biri də işğaldan azad olunmuş rayonlarda insan kapitalının qiymətləndirilməsidir. Bir sıra şəhər və rayonlarda məskunlaşan qaçqın və məcburi köçkünlər uzun zaman öz ənənəvi məşğuliyyətlərindən məhrum qalaraq, dövrün və yaşadıqları bölgələrin tələblərinə uyğun yeni bilik və bacarıqlar qazanmalı olublar. Bu da işğaldan azad olunan bölgələrdə təsərrüfatçılığın inkişafı zamanı real insan kapitalının meyillərini nəzərə almağı zəruri edir.

Mövcud iqtisadi resursların – təbii ehtiyatların və sərvətlərin qiymətləndirilməsi də mühümməsələlərdəndir. Həmin bölgələrə investisiya qoyuluşlarını stimullaşdırmaq və sahibkarları bu ərazilərə istiqamətləndirmək üçün təşviqedici vergi vəgömrük siyasəti dövlətin diqqət mərkəzində olacaq.

Regionun ümumi meşə sahəsi təxminən 246,7 min hektar, qiymətli meşə sahəsi isə 13 min 197 hektardır.

1985-ci ildə Xankəndində iri ipək kombinatı fəaliyyət göstərir, bu müəssisənin tələbinə uyğun barama istehsal olunurdu.

Azad olunan ərazilərin zəngin su ehtiyatları ölkənin sənayesi və kənd təsərrüfatı üçün xüsusi əhəmiyyət kəsb edir. Sərsəng su anbarı 1976-cı ildə Tərtər çayınınüzərində inşa edilib. Onun ümumi su tutumu 560 milyon m³, bəndinin hündürlüyü isə 125 metrdir.

Bundan əlavə, Cəbrayıl və Zəngilan ərazisində yerləşən Xudafərin su anbarı 75 min hektar yeni əraziüçün suvarma imkanının yaradılmasına, eləcə də mövcud suvarılan ərazilərin meliorasiya imkanlarının yaxşılaşdırılmasına şərait yaradır.

Azərbaycanın mineral sularının ümumi geoloji ehtiyatlarının 39,6%-i işğaldan azad edilmiş ərazilərin payına düşür. Bu ərazilərdə böyük müalicə əhəmiyyəti olan 120-dək müxtəlif tərkibli mineral su yatağı vardır. Bu, gündə 7805 m3 mineral su təchizatı deməkdir.Burada 155 müxtəlif növ faydalı qazıntı yatağı, o cümlədən: 5 qızıl, 6 civə, 2 mis, 1 qurğuşun və sink, 19 üzlük daşı, 10 mişar daşı, 4 sement xammalı, 13 müxtəlif növ tikinti daşları, 1 soda istehsalı üçün xammal, 21 pemza və vulkan külü, 10 gil, 9 qum-çınqıl, 5 tikinti qumu, 9 gips, anhidrid və gəc, 1 perlit, 1 obsidian, 3 vermikulit, 14 əlvan və bəzək daşları (əqiq, yəşəm, oniks, cad, pefritoid və s. ) yatağı mövcuddur.

Kiçik Qafqazın şərqindəki yerləşən Mehmana yataqlarında region üçün nadir və qiymətli faydalı qazıntı ehtiyatları, Kəlbəcər rayonundakı Şorbulaq və Ağyataqda isə sənaye əhəmiyyəti olan civə ehtiyatları var.

Bütün bunlar regionun böyük iqtisadi potensialından xəbər verir. Həmin ərazilərdə sahibkarlığın inkişafı nəticəsində həm ölkəmizin ümumi daxili məhsulunun həcmi, həm də dövlət büdcəsinə vergi daxilolmaları artacaqdır.

Fəxriyyə İkramqızı

Vergi“Vergi və hesabatlılıq” işçi qrupunun videokonfrans formatında iclası keçiriləcək VergiNaxçıvanda 1,5 mindən çox yeni vergi ödəyicisi qeydiyyata alınıb VergiMüharibə veteranı adı almış fiziki şəxslərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏDV-nin müvafiq hissəsi geri qaytarılmadıqda nə etməli? VergiOnlayn ticarətlə məşğul olan fiziki şəxsin hansı vergi öhdəlikləri yaranır? VergiYeni nəsil NKA-lar vasitəsilə dövriyyə 5,3 mlrd. manatdan çox olub VergiMənzil alınarkən ƏDV-nin geri qaytarılması bütün MTK-lara şamil olunur? VergiHansı vergi ödəyiciləri sadələşdirilmiş verginin ödəyicisi ola bilməz? Vergiİtirilmiş istifadəçi kodu, parol və şifrənin bərpası hansı qaydada mümkündür? VergiYaşayış binalarındakı mənzillər vergitutma obyekti sayılırmı?