24 Fevral 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bağlanmış 4 bankın əmanətçilərinə 562 milyon manat kompensasiya ödənilib

Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən bağlanmış “AG Bank”, “Amrah Bank”, “NBC Bank” və “Ata Bank” üzrə noyabrın 5-nə 23 min 669 əmanətçiyə 562 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib.
Əmanətlərin Sığortalanması Fonduna istinadla xəbər verir ki, bu il iyunun 16-dan noyabrın 5-dək ləğv prosesində olan “AG Bank” və “NBC Bank”ın əmanətçilərinə “Azərbaycan Beynəlxalq Bankı” tərəfindən 203,11 milyon manat kompensasiya ödənilib. “AG Bank” üzrə 4392 əmanətçiyə 87,06 milyon manat, “NBC Bank” üzrə isə 4057 əmanətçiyə 116,04 milyon manatdan çox kompensasiya ödənilib. İyunun 1-dən noyabrın 5-dək “Kapital Bank” tərəfindən “Amrah Bank” və “Ata Bank”ın əmanətçilərinə 359,29 milyon manat kompensasiya ödənişi həyata keçirilib. Hesabat dövründə “Amrah Bank” üzrə 5668 əmanətçiyə ödənilən kompensasiyanın məbləği 136,60 milyon manat, “Ata Bank” üzrə 9552 əmanətçiyə isə 222,69 milyon manat təşkil edib.
Fond tərəfindən son bağlanmış banklar üzrə əmanətçilərin kompensasiyalarının təmin edilməsi artıq yekunlaşmaq üzrədir. Tam ödənilmə prosesi qısa zaman içərisində qanunla müəyyən olunmuş qaydada yekunlaşdırılacaq. Kapitallarını tam itirdiklərinə, kreditorları qarşısında öhdəliklərini yerinə yetirə bilmədiklərinə görə sığorta hadisəsi baş vermiş “Ata Bank” ASC, “Amrah Bank” ASC, “NBC Bank”ASC və “AG Bank”ASC-nin lisenziyaları Mərkəzi Bank tərəfindən ləğv edilib, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 28 aprel və 14 may tarixli qərarlarına əsasən sözügedən banklar müflis elan olunub və Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edilib. Müflis olunmuş banklar üzrə öhdəliklərin reyestri fonda təqdim olunub və ADIF tərəfindən qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsi prosesinə qısa zaman ərzində başlanılıb. Fondun Himayəçilik Şurasının qərarına əsasən, qorunan əmanətlər üzrə kompensasiyaların verilməsi üçün agent bank qismində “Ata Bank” ASC və “Amrah Bank” ASC üzrə “Kapital Bank” ASC, “AG Bank” ASC və “NBC Bank” ASC üzrə isə “Azərbaycan Beynəlxalq Bankı” ASC seçilib. Əmanətlərin Sığortalanması Fondu iyunun 1-dən “Ata Bank” ASC və “Amrah Bank” ASC-də, iyunun 16-dan isə “AG Bank” ASC və “NBC Bank” ASC-də əmanətlər üzrə kompensasiyaların ödənilməsinə başlayıb.
Azərbaycan Mərkəzi Bankı və Əmanətlərin Sığortalanması Fondunun birgə fəaliyyəti əsasında fondun hazırlanan yeni strateji modelinin bu ilin sonunadək formalaşdırılması nəzərdə tutulub. Qeyd edək ki, yeni strateji modelin hazırlanması ölkə iqtisadiyyatına, bank sektoruna və əmanətçilərə öz yüksək töhfəsini verməsi gözlənilir. Bağlanmış banklarda problemlərlə üzləşmiş əmanətçilərin nəzərinə çatdırırıq ki, sözügedən məsələ ilə əlaqədar vəsaitlərin qanunvericiliyə müvafiq qaydada və qısa müddətdə qaytarılmasının təmin edilməsi ilə bağlı Əmanətlərin Sığortalanması Fondu tərəfindən bütün lazımi tədbirlər görülür.

VergiHansı halda əyləncə və yemək xərcləri gəlirdən çıxıla bilər? İqtisadiyyatXalid Kərimli: “Daxildə emal prosedurunun tətbiqində məqsəd ixracın stimullaşdırılmasıdır” İqtisadiyyatPərviz Heydərov: “Daxildə emal proseduru ixracın xüsusi çəkisinin artmasına səbəb olacaq” İqtisadiyyatEyyub Kərimli: “Rəqabət Məcəlləsi iqtisadiyyat üçün yeni imkanlar yaradacaq” VergiQeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 898 minə çatıb VergiAktiv ƏDV ödəyicilərinin sayı 14,4 faiz artıb Vergiİstehlakçılara 154,2 milyon manat ƏDV məbləği geri qaytarılıb VergiHansı vergi ödəyiciləri işğaldan azad edilmiş ərazinin rezidenti sayılmır? VergiHansı halda şirkət sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququnu saxlayır? VergiHesabın bağlanılması və digər filialda yeni hesabın açılması üçün banka təkrar müraciət olunmalıdırmı?