17 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Oktyabrda sahibkarlara 59 milyon manatadək biznes krediti verilib

Oktyabrda sahibkarlara 59 milyon manatadək biznes krediti verilib

Oktyabrda İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) zəmanəti ilə sahibkarlar 58,6 milyon manatdan çox kredit əldə edib.
Fonddan bildirilib ki, bununla da bu günədək zəmanət və faiz subsidiyasının tətbiqi ilə sahibkarlara verilən kreditlərin məbləği 180 milyon manatı ötüb. Zəmanət verilmiş kreditlərin orta müddəti 31 ay, verilmiş subsidiyalar hesabına borcalanlar tərəfindən ödəniləcək kreditlər üzrə faiz dərəcəsi isə 6,5 faiz təşkil edir. Bu kreditlər vasitəsilə biznes layihələrinin maliyyələşməsi hesabına 2700-dən çox yeni iş yerinin açılması təmin ediləcək. Fondun zəmanəti hesabına bir borcalana verilən kreditlərin məbləği 40 min manatdan 5 milyon manatadək təşkil edib.
Qeyd edək ki, Azərbaycanda sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafı dövlətin iqtisadi siyasətinin əsas prioritetlərindən olduğundan bu sahədə davamlı olaraq qanunvericiliyin təkmilləşdirilməsi, biznes mühitinin yaxşılaşdırılması, maliyyə resurslarının əlçatanlığının artırılması və digər dəstəkləyici mexanizmlərin tətbiqi istiqamətində müvafiq tədbirlərin görülməsi təmin olunmaqdadır. Məlum olduğu kimi, koronavirus pandemiyasının iqtisadiyyata təsirinin minimallaşdırılması və bu dövrdə sahibkarlığın dəstəklənməsi istiqamətində dövlət tərəfindən xüsusi proqramlar çərçivəsində dəstək göstərilir, o cümlədən maliyyə resurslarına çıxış imkanlarının artırılması ilə əlaqədar sahibkarlara güzəştli kreditlərin verilməsi həyata keçirilir. İpoteka və Kredit Zəmanət Fondu da pandemiyanın iqtisadi fəallığa təsirinin minimuma endirilməsi məqsədilə sahibkarlığın dəstəklənməsi işini elektron sistem üzərindən sürətli mexanizm vasitəsilə reallaşdırır. Zəmanət və faiz subsidiyalarının verilməsi mexanizmi çərçivəsində fondun xətti ilə sahibkarlara verilən kreditlərin həcmi sürətlə artır. Dövlət tərəfindən nəinki pandemiya, postpandemiya dövründə də sahibkarlığın dəstəklənməsi, əlverişli biznes mühitinin yaradılması istiqamətində tədbirlər davam etdiriləcək. Nəticədə bu, ölkəmizdə iqtisadiyyatın qeyri-neft sektorunun dəstəklənməsi, bu sahədə yeni iş yerlərinin yaradılmasına təkan verməklə bütövlükdə sektorun inkişafı ilə bağlı qarşıya qoyulmuş vəzifələrin icrasının uğurla həyata keçirilməsinə şərait yaradacaq.

VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır?