3 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qazaxıstanda vergi ödəyicisinin vahid elektron "pul kisəsi" yaradılır

Maliyyə naziri Alixan Smailov ölkənin vergi sistemində tətbiq olunması nəzərdə tutulan yenilik barədə millət vəkillərinə açıqlama verib. "Vergilərin elektron qaydada ödənilməsi prosesinin əsaslı şəkildə sadələşdirilməsi məqsədilə vergi ödəyicisinin vahid elektron "pul kisəsi" xidmətinə keçməyi planlaşdırırıq. Bu sahədə Estoniyanın təcrübəsi yaxşı nümunə ola bilər: orada vergi ödəyicisi öz vergilərini vahid rekvizit üzərindən ödəyir, bundan sonra həmin məbləğ fiziki şəxsin ödədiyi bütün vergilərə tətbiq olunur", - nazir ölkə parlamentində təşkil edilən "hökumət saatı"nda bildirib. Beləliklə, Maliyyə Nazirliyinin informasiya sistemləri 2019-cu ilin sonunadək vahid elektron "pul kisəsi"nə daxil olan ödənişləri müstəqil şəkildə bölüşdürəcək.

"Vergilərin səhv ödənilməsinin istisna olunması nəticəsində ödəniş sənədlərinin azalması təmin ediləcək, aydın olmayan ödənişlərə və əsassız cərimə faizlərinin tutulmasına yol verilməyəcək, səhv ödənişlər barədə arayışlar və qaytarılmalar azalacaq, inkassasiya əməliyyatları ixtisara düşəcək, vergi ödəyicisinin vaxtına qənaət olunacaq, bankların, xəzinədarlığın və vergi administrasiyasının informasiya sistemlərinin yükü yüngülləşəcək", - nazir deyib.

Qeyd edilib ki, vergi ödənişinin vahid ödəniş sisteminə keçirilməsi üçün informasiya sistemlərinin təkmilləşdirilməsi və məlumat bazasının aktuallaşdırılması ilə yanaşı, dəyişikliklərin bank, vergi və gömrük qanunvericiliyinə daxil edilməsi tələb olunur.

VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır?