30 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Aİ tibbi ləvazimatların idxalı üçün vergiləri ləğv edib

Aİ tibbi ləvazimatların idxalı üçün vergiləri ləğv edib

Avropa İttifaqı (Aİ) Komissiyasının rəhbəri Ursula Von der Leyen yeni tip koronavirus (COVİD-19) epidemiyası ilə mübarizə çərçivəsində ehtiyac duyulan tibbi cihaz və avadanlıqlara tətbiq olunan əlavə dəyər vergisinin (ƏDV) və gömrük rüsumlarının ləğv edildiyini bildirib.

Von der Leyen,"Twitter" hesabından etdiyi paylaşımda COVİD-19 böhranı ilə əlaqədar xəstəxanaların müxtəlif avadanlıqlara ehtiyacı olduğunu yazmışdı. Epidemiyaya qarşı mübarizə üçün tibbi ləvazimatların qiymətlərini daha məqbul vəziyyətə gətirmək niyyətində olduqlarını vurğulayan Von der Leyen yazıb: "İdxal olunan tibbi cihaz və avadanlıqlara tətbiq edilən bəzi vergilərin bir müddət üçün ləğv edilməsi barədə qərar verimişik".

Von der Leyen süni nəfəsalma cihazı, test aparatı, maska və əlcəklər kimi qoruyucu ləvazimatlara aid ƏDV və gömrük vergilərinin qarşıdakı dörd ay üçün ləğv edildiyini, ehtiyac yaranacağı halda, bu müddətin uzadılacağını bildirib.

Bundan əvvəl Aİ üzvü olan 27 ölkə və Böyük Britaniya tibbi cihazlara görə tutulan müxtəlif vergilərin bir müddət təxirə salınmasını tələb etmişdi.

Aİ Komisssiyasının qərarı geriyə tətbiq edilərək 30 yanvardan qüvvəyə minmiş sayılacaq.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?