30 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Almaniya koronavirus epidemiyasına görə şirkətlərə limitsiz kredit verəcək

Almaniya koronavirus epidemiyasına görə şirkətlərə limitsiz kredit verəcək

Almaniyanın Baş nazirinin müavini, maliyyə naziri Olaf Şolz və iqtisadiyyat və enerji naziri Peter Altmayer birgə mətbuat konfransı keçirib. Şolz 2008-ci il böhranından ibrət dərsləri çıxarıldığını bildirərək: "Bu böhranla mübarizə apara biləcək maliyyə gücümüz var. İqtisadiyyatı dəstəkləmək üçün əlimizdəki bütün imkanlardan istifadə edəcəyik", - deyib.

Son illərdə xərclərə diqqətlə yanaşması sayəsində Almaniya hökumətinin epidemiyaya görə xərcləri daha da artırmaq və vergi güzəştləri tətbiq etmək kimi zəruri tədbirləri görə biləcək vəziyyətdə olduğunu vurğulayan Şolz qeyd edib: "Ödəmələrdə güzəştlər də daxil olmaqla şirkətlərə vergi güzəştləri tətbiq edəcəyik. Limitsiz kredit proqramını həyata keçirəcəyik".

Mətbuat konfransında İqtisadiyyat və enerji naziri Peter Altmayer iqtisadiyyatı dəstəkləmək üçün Almaniya İnkişaf Bankında 500 milyard avroya yaxın vəsait olduğunu bildirib.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?