30 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İngiltərə öz iqtisadiyyatını yeni şərtlərə uyğunlaşdırır

İngiltərənin Maliyyə naziri Rişi Sunak büdcə tənzimlənməsini açıqlayarkən koronavirus riskinə qarşı ölkə iqtisadiyyatının dəstəklənməsi üçün 30 milyard funt sterlinq təşviq paketinin müəyyənləşdirildiyini bildirib.

İnflyasiyanın bu il üçün 1,4 faiz, gələn il üçünsə 1,8 faiz proqnozlaşdırıldığını qeyd edən Sunakın sözlərinə görə, ümumi daxili məhsula nisbətdə İngiltərənin dövlət borcunun bu ilin sonunda 79,5 faiz, 2024-25-ci illərdə isə 75,2 faiz səviyyəsinə enəcəyi gözlənilir.

Nazir R.Sunak pərakəndə ticarət və turizm kimi sektorlarda ümumi dəyəri 51 min funt sterlinqdən az olan şirkətlərin işlətmə (əməliyyat) vergisindən azad ediləcəyini vurğulayıb. İşçilərinin sayı 250-dən az olan şirkətlərin iki həftəyə qədər xəstəlik bülletenləri üçün ödədikləri vəsaitlər hökumət tərəfindən şirkətlərə qaytarılacaq.

Nazir qeyd edib ki, öz işlərindəki gerilikləri aradan qaldıra bilmələri üçün kiçik şirkətlərə 1,2 milyon funt sterlinqə qədər kredit almaq imkanları yaradılacaq.

İngiltərədə yanacaq vergisinin dəyişməyəcəyini vurğulayan Maliyyə naziri 2020-ci il üçün iqtisadi böyümə proqnozunun 1,4 faizdən 1,1 faizə salındığını bildirib.

VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur?