1 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Rusiyada bədən tərbiyəsi və sağlamlıq üçün vergi güzəşti nəzərdə tutulur

Rusiyada bədən tərbiyəsi və sağlamlıq üçün vergi güzəşti nəzərdə tutulur

Prezident Vladimir Putinin göstərişinə əsasən, ölkədə bu sahə üzrə xidmətlər göstərən müəssisələr üçün vergi çıxılmalarının tətbiq edilməsi gündəliyə gətirilib

Rusiya Federasiyasının Maliyyə Nazirliyi vergi qanunvericiliyinə bu məzmunda dəyişiklik layihəsi hazırlayıb və sənəd normativ-hüquqi aktların layihələrinin nəşr edildiyi rəsmi portalda ictimaiyyətə təqdim edilib.

Təşəbbüsün əsas məqsədi Rusiya vətəndaşlarının fiziki fəallığını artırmaq və sağlamlığının qayğısına qalmaqdır. Hazırda qanun layihəsinin ictimaiyyətlə müzakirəsi aparılır. Müzakirələr fevralın 4-də başa çatandan sonra isə Vergi Məcəlləsinin 219-cu maddəsində müvafiq düzəliş ediləcək. Düzəlişin gələn ilin əvvəlindən qüvvəyə minəcəyi gözlənilir.

Vergi çıxılması üçün tələb olunan maksimum xərc 120 min rubl (3.065 manat) təşkil edir. Beləliklə, bir təqvim ili ərzində bu məbləğin 13 faizi həcmində, yəni 15,6 min rubl (398,5 manat) vəsait vergi güzəşti kimi sahibkarın sərəncamında qala bilər.

Bu ilin əvvəlindən isə Rusiya vətəndaşları təhsil, səhiyyə, dərmanların alınması, xeyriyyəçilik, qeyri-dövlət pensiya təminatı, həyatın könüllü sığortası və könüllü pensiya sığortası üzrə sosial vergi çıxılmalarından faydalanırlar.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?