Rusiya Federasiyasının Maliyyə Nazirliyi vergi qanunvericiliyinə bu məzmunda dəyişiklik layihəsi hazırlayıb və sənəd normativ-hüquqi aktların layihələrinin nəşr edildiyi rəsmi portalda ictimaiyyətə təqdim edilib.
Təşəbbüsün əsas məqsədi Rusiya vətəndaşlarının fiziki fəallığını artırmaq və sağlamlığının qayğısına qalmaqdır. Hazırda qanun layihəsinin ictimaiyyətlə müzakirəsi aparılır. Müzakirələr fevralın 4-də başa çatandan sonra isə Vergi Məcəlləsinin 219-cu maddəsində müvafiq düzəliş ediləcək. Düzəlişin gələn ilin əvvəlindən qüvvəyə minəcəyi gözlənilir.
Vergi çıxılması üçün tələb olunan maksimum xərc 120 min rubl (3.065 manat) təşkil edir. Beləliklə, bir təqvim ili ərzində bu məbləğin 13 faizi həcmində, yəni 15,6 min rubl (398,5 manat) vəsait vergi güzəşti kimi sahibkarın sərəncamında qala bilər.
Bu ilin əvvəlindən isə Rusiya vətəndaşları təhsil, səhiyyə, dərmanların alınması, xeyriyyəçilik, qeyri-dövlət pensiya təminatı, həyatın könüllü sığortası və könüllü pensiya sığortası üzrə sosial vergi çıxılmalarından faydalanırlar.