31 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Türkiyə elektrik avtomobillərinin istehsalı üçün böyük vergi güzəştləri edib

Türkiyə elektrik avtomobillərinin istehsalı üçün böyük vergi güzəştləri edib

Türkiyə Prezidentinin "Rəsmi qəzet"ində dərc olunmuş Sərəncamına görə, Bursa regionunda elektrik avtomobilləri istehsalına layihə əsaslı dövlət yardımının verilməsi qüvvəyə minib.

26 dekabr tarixli fərmana əlavəsində zavod üçün yatırımın xüsusiyyətləri açıqlanıb. Layihənin müddətinin 30 oktyabr 2019-cu ildən başlayaraq 13 il olduğu, Sənaye və Texnologiya Nazirliyi tərəfindən bu müddətin yarısı qədər uzadılmasının mümkünlüyü də göstərilib. Layihə üçün proqnozlıaşdırılan sərmayə həcmi 22 milyard dollardır.

Layihə çərçivəsində elektrik avtomobillərinin 5 modelinin istehsal ediləcəyi nəzərdə tutulub və hər il 175 min elektrik avtomobili istehsal olunacaq. İstehsal müəssisələrində 4 min 323 fəhlə və 300 yüksək ixtisaslı mütəxəssis işlə təmin olunacaq.

Fərmanın "Dəstəklər" başlıqlı 3-cü maddəsində sərmayə layihəsinə bu dəstəklərin göstəriləcəyi bildirilib:

  • Layihə gömrük vergisindən azad edilib;

  • Layihəyə ƏDV istisnası və ƏDV-nin qaytarılması;

  • Vergi güzəşti (vergi güzəştinin nisbəti 100 faiz, sərmayəyə töhfə nisbəti 100 faiz, sərmayəyə töhfə həcminin sərmayə qoyuluşu dövründə istifadə edilə biləcək nisbəti 100 faiz);

  • Sığortanın işəgötürənə aid hissəsindən mükafat;

  • Gəlir vergisi güzəşti (10 il);

  • İxtisaslı mütəxəssislər üçün dəstək (ümumilkdə 360 milyon lirə);

  • Faiz və/və ya mənfəət payı dəstəyi (10 il) müəyyənləşdirilib.

Bunlardan başqa, dövlət istehsal edilən avtomobillərin alınması üçün də təminat öhdəliyi götürüb.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?