31 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Argentina paytaxtında turistlərdən vergi tutulacaq

Argentina paytaxtında turistlərdən vergi tutulacaq

Ölkənin paytaxtı Buenos-Ayres şəhərinə gəlmək istəyən bütün turistlər bu şəhərdə keçirdikləri hər gecə üçün bundan sonra 1,5 dollar məbləğində vergi ödəməli olacaqlar. Bu təklifi irəli sürən hökumətin əsas məqsədi "Visit Buenos Aires" adlı müəssisə yaradıb, onu maliyyələşdirməkdir. Bu müəssisə açıq cəmiyyət olacaq və beynəlxalq turizmin inkişaf etdirilməsinə məsuliyyət daşıyacaq.

Ekspertlərin qeyd etdikləri kimi, belə bir təcrübə artıq Avropanın, demək olar ki, bütün şəhərlərində tətbiq olunur və verginin dərəcəsi otelin səviyyəsindən asılı olaraq 0,45 avro ilə 1,36 avro arasında dəyişir.

Son vaxtlar Buenos-Ayres şəhərinə hər il 3 milyon civarında turistin gəldiyi nəzərə alınsa, yeni vergidən şəhər büdcəsinə 5 milyon dollara yaxın vəsait yığılacağı gözlənilir.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?