31 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İspaniyada “Breksit” hazırlıqları aparılır

İspaniyada “Breksit” hazırlıqları aparılır

İspaniyanın Maliyyə Nazirliyi İngiltərə ilə əməkdaşlıq edən firmalara göndərdiyi məktubda İngiltərənin razılaşma əldə etmədən Avropa İttifaqından (Aİ) ayrılmaq ehtimalına qarşı tədbir görülməsini tövsiyə edib.

Mətbuatda yayılan xəbərlərə görə, İngiltərə ilə iş görən 90 mindən artıq İspaniya firmasına bu barədə xəbərdarlıq edilib.

İngiltərə ilə Aİ arasında razılıq əldə olunmadan 31 sentyabrda gözlənilən ayrılma ehtimalının hər gün artdığını nəzərə alaraq İspaniya hökuməti öz hazırlıqlarını sürətləndirib. İngiltərənin Aİ-dən ayrılmasından yaranacaq ticarət və gömrük problemlərinə qarşı tədbir görmək üçün firmalarla görüşlər keçirən Maliyyə, Xarici İşlər, Səhiyyə və Kənd Təsərrüfatı nazirliklərini təmsil edən səlahiyyətli instansiyalar yarana biləcək ən pis ssenarilərə qarşı hazırlıq görməyi tövsiyə edib.

Vergi Auditi İdarəsinin rəsmi internet səhifəsindən vergi ödəyicilərinə ünvanlanmış açıqlamasında razılıq əldə olunmadan reallaşacaq ayrılma ilə bağlı narahatlıq ifadə edilib. Hökumət nazirliklər və müstəqil qurumlar arasında koordinasiyanı təmin edəcək bir komissiya təşkil edərək yarana biləcək problemləri minimum səviyyəyə endirməyə çalışır.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?