1 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Avropa Parlamenti Yaponiya ilə ticarət sazişini qəbul edib

Avropa Parlamenti Yaponiya ilə ticarət sazişini qəbul edib

Avropa İttifaqı (Aİ) ilə Yaponiya hökuməti arasında bu ilin iyul ayında imzalanmış ticarət sazişi Avropa Parlamentinin Strasburqda toplanmış Baş Assambleyası tərəfindən təsdiq edilmişdir. Yaponiyanın təsdiq prosesini başa çatdırdığı sazişin dekabrın 21-də Avropa Şurasından da təsdiq alması və gələn il fevral ayının 1-dən qüvvəyə minməsi gözlənilir. Yaponiyanın Baş naziri Şinzo Abe, Avropa Şurasının sədri Donald Task və Avropa Komissiyasının rəhbəri Jan Klod Yunker iyul ayında Tokioda keçirilmiş Aİ-Yaponiya zirvə görüşü çərçivəsində "İqtisadi tərəfdaşlıq sazişi"ni və "Strateji tərəfdaşlıq sazişi"ni imzalamışdılar.

Qeyd edək ki, Aİ ilə Yaponiya arasında sərbəst ticarət sazişi ilə bağlı müzakirələr dörd il davam etdikdən sonra 2017-ci ilin dekabr ayında başa çatdırılmışdı. Ticarət sazişinin tələblərinə əsasən, şirkətlərin qarşılıqlı olaraq ödədikləri gömrük vergilərinin böyük bir hissəsi ləğv ediləcək. Tərəflər bir-birinin coğrafi "nişanına" aid məhsulların mühafizəsini təmin edəcək. Kənd təsərrüfatı, maliyyə xidmətləri, elektron ticarət, rabitə və nəqliyyat sahələrində fəaliyyət göstərən şirkətlərin qarşılıqlı bazarlara giriş imkanları genişləndiriləcək.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?