25 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Aparıcı maliyyə institutlarının rəhbərləri ticarət gərginliyinin artmasından narahatdırlar

Aparıcı maliyyə institutlarının rəhbərləri ticarət gərginliyinin artmasından narahatdırlar

Beynəlxalq Valyuta Fondunun direktoru Kristin Laqard və Avropa Mərkəzi Bankının rəhbəri Mario Draqhi ABŞ rəhbərliyinin vergi siyasəti nəticəsində dünyada artan ticarət gərginliyi ilə bağlı öz narahatlıqlarını bildiriblər.

Almaniyanın Frankfurt şəhərində təşkil edilmiş Mərkəzi, Şərqi və Cənub-Şərqi Avropa ölkələrinin toplaşdıqları beynəlxalq konfransda ABŞ ilə Çin arasındakı ticarət gərginliklərinin və ABŞ-ın Avropaya qarşı hədələrinin bütün tərəflər üçün problemlər yarada biləcəyinə diqqət yönəldilib. K.Laqard konfransdakı çıxışında deyib: "Qlobal əməkdaşlıq və bir sıra ticarət həllərinin zəiflədiyi bir şəraitdə bir araya gəlmişik. Qlobal iqtisadi artıma son altı ildə təzyiq edilir və dünyanın ən böyük iki iqtisadiyyatı bir-birinə qarşı yeni ticarət əngəlləri yaratmaq hədələri ilə çıxış edirlər. Bu proses yeni bir mərhələnin başlanğıcı ola bilər və biz bunun mənfi təsirini görə bilərik".

M.Draqhi isə ABŞ-ın Avropadan idxal edilən avtomobillərə əlavə gömrük vergisi təhdidinin Çexiya, Slovakiya, Polşa, Rumıniya kimi Avropanın başlıca avtomobil istehsalçılarını pis vəziyyətə sala biləcəyini vurğulayıb.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?