26 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Aİ investisiya cəlb etmək üçün vergitutma qaydalarını dəyişməyə hazırlaşır

Avropa İttifaqı (Aİ) Komissiyası vergitutma prosedurlarını daha effektiv və təhlükəsiz etmək üçün hazırladığı yeni qaydaları ehtiva edən tənzimləmə təklifini açıqlayib. Təklifə uyğun olaraq, Aİ-nin avtomatlaşdırılmış vergi idarəsinin birgə sertifikatı hazırlanacaq. Bu sertifikatla mənbəyində tutulan vergilərə tətbiq edilən güzəşt əməliyyatları daha sürətli və səmərəli həyata keçiriləcək.

Bir neçə Aİ ölkəsində investisiya portfeli olan şəxslər eyni təqvim ili ərzində bir neçə ödənişi geri almaq üçün yalnız bir rəqəmsal vergi rezidentliyi sertifikatından istifadə edəcəklər.

Yeni təklifə əsasən, Aİ ölkələri arasında fərqli olan vergi prosedurları standartlaşdırılacaq. Üzv ölkələr iki vergitutma sistemi arasında seçim edəcəklər.

“Mənbədə vergi güzəşti” proseduru seçiminə əsasən, dividendlər və ya faizlər ödənilərkən tətbiq edilən vergi dərəcəsi birbaşa ikiqat vergitutma haqqında müqavilənin müddəalarında göstərilən qaydalara tabe olacaq. Bu çərçivədə səhmlərə dividendlər ödənilərkən müvafiq vergi məbləği çıxılacaq.

Digər seçim olan “sürətli geriqaytarma” proseduru çərçivəsində ilk ödəniş dividend və ya faizin ödənildiyi üzv ölkədəki vergi dərəcəsi nəzərə alınmaqla həyata keçiriləcək. Artıq ödənilmiş vergilər 50 gün ərzində geri qaytarılacaq.

Yeni vergi sistemi ədalətli vergitutmanı təşviq edəcək, vergidən yayınmaya qarşı mübarizəni gücləndirəcək və Aİ ölkələrində investisiyaları dəstəkləyəcək.

Qeyd edək ki, hazırda Aİ ölkələrində verginin tutulması prosedurları əhəmiyyətli dərəcədə fərqlənir. Geri qaytarma prosedurları uzun və baha başa gələn bir proses olduğundan investorları tez-tez probelmər qarşısında qoyur.

Yeni qaydaların üzv dövlətlərin təsdiqindən sonra 2027-ci ilin əvvəlində qüvvəyə minəcəyi gözlənilir.

VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü?