28 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
ABŞ-ın ayaqqabı firmaları prezidentə müraciət ünvanlayıb

ABŞ-ın ayaqqabı firmaları prezidentə müraciət ünvanlayıb

ABŞ-da fəaliyyət göstərən 170-dən artıq ayaqqabı firması ölkə başçısı Donald Trampa müraciət edərək ayaqqabı sənayesi sektorunda Çinə tətbiq edilən gömrük vergilərini artırmamağı xahiş edib. 

Aralarında "Nike" və "Adidas" kimi dünyanın ən böyük ayaqqabı istehsalçılarının da olduğu firmaların məktubunda deyilir: "Ayaqqabı sektorunda Çinə tətbiq olunan gömrük vergisinin 25 faizə qaldırılması müştərilərimiz, şirkətlərimiz və Amerika iqtisadiyyatı üçün məhvedici təsir göstərəcək". Qeyd edək ki, ABŞ ilə Çin arasındakı gərginlik təkcə Çin iqtisadiyyatında deyil, Amerikanın aparıcı şirkətlərində də böyük narahatlıq yaradır. Bundan əvvəl iqtisadçı ekspertlər işçi qüvvəsinin ucuzluğuna görə istehsal müəssisələrinin bir hissəsi Çində yerləşən "Apple" korporasiyasının da "ticarət müharibəsi"ndən ciddi ziyan görəcəyi barədə xəbərdarlıq etmişdi.

VergiArtıq ödənilmiş rüsumun geri qaytarılması VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi?