ABŞ-ın ayaqqabı firmaları prezidentə müraciət ünvanlayıb

2019.05.24 19:13 (UTC+04:00)

Aralarında "Nike" və "Adidas" kimi dünyanın ən böyük ayaqqabı istehsalçılarının da olduğu firmaların məktubunda deyilir: "Ayaqqabı sektorunda Çinə tətbiq olunan gömrük vergisinin 25 faizə qaldırılması müştərilərimiz, şirkətlərimiz və Amerika iqtisadiyyatı üçün məhvedici təsir göstərəcək". Qeyd edək ki, ABŞ ilə Çin arasındakı gərginlik təkcə Çin iqtisadiyyatında deyil, Amerikanın aparıcı şirkətlərində də böyük narahatlıq yaradır. Bundan əvvəl iqtisadçı ekspertlər işçi qüvvəsinin ucuzluğuna görə istehsal müəssisələrinin bir hissəsi Çində yerləşən "Apple" korporasiyasının da "ticarət müharibəsi"ndən ciddi ziyan görəcəyi barədə xəbərdarlıq etmişdi.