27 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qazaxıstanın Vergi Məcəlləsinə rəqəmsal aktivlərlə bağlı dəyişikliklər edilib

Dövlət başçısı Qasım-Jomart Tokayev Vergi Məcəlləsinə rəqəmsal aktivlərlə bağlı qanunvericiliyin tənzimlənməsini nəzərdə tutan dəyişiklikləri imzalayıb.

Dəyişikliklərlə yanaşı, Vergi Məcəlləsinə rəqəmsal mayninq hovuzunun rəqəmsal mayninq fəaliyyəti ilə məşğul olan şəxslər arasında bölüşdürdüyü aktivlər haqqında məlumatı bu məlumatların təqdim edildiyi aydan sonrakı hər ayın 25-dən gec olmayaraq səlahiyyətli orqana təqdim etməyi nəzərdə tutan bənd də əlavə edilib.

Həmçinin, dəyişikliyə əsasən, rəqəmsal aktiv birjaları və “Astana” Beynəlxalq Maliyyə Mərkəzinin digər iştirakçıları rəqəmsal aktivlərin mübadiləsi üzrə Qazaxıstan Respublikasının rezidentləri tərəfindən həyata keçirilən əməliyyatlar və rəqəmsal aktivlərlə bağlı fəaliyyətdən rezidentlərə və qeyri-rezidentlərə ödənilən mükafatlar barədə məlumatları hesabat rübündən sonrakı ikinci ayın 15-dən gec olmayaraq səlahiyyətli orqana təqdim etməlidirlər.

Məcəlləyə əlavə edilmiş “Rəqəmsal mayninq, rəqəmsal mayninq hovuzu, rəqəmsal aktiv mübadiləsi ilə məşğul olan şəxsin gəlirləri” adlı yeni maddədə şəxsin rəqəmsal mayninq fəaliyyətindən əldə etdiyi gəlirlər müəyyənləşdirilib. Rəqəmsal mayninq fəaliyyətindən əldə edilən gəlirlərə rəqəmsal mayninq hovuzunun komissiya kimi saxladığı rəqəmsal aktivlərin dəyəri daxil edilməyib.

Bundan başqa, Məcəlləyə rəqəmsal aktivlər sahəsində fəaliyyət göstərənlər tərəfindən vergilərin ödənilməsini tənzimləyən yeni bəndlər əlavə edilib.

Dəyişiklik 2023-cü il yanvarın 1-dən dekabrın 31-dək olan müddətdə rəqəmsal mayninq fəaliyyəti göstərmək üçün verilmiş lisenziyalardan ötrü müəyyən edilmiş tariflərlə hesablanaraq rüsum ödəyicisinin olduğu yer üzrə 2024-cü il fevralın 15-dək ödənilən lisenziya haqqının müəyyən edilməsini də nəzərdə tutur.

Rüsumun dərəcəsi respublika büdcəsi haqqında qanunla müəyyən edilmiş və lisenziya haqqının ödənildiyi tarixdə qüvvədə olan aylıq hesablama göstəricisinin misli qədər olan məbləğdə müəyyən edilib.
Dəyişikliklərin bir hissəsi 2023-cü il yanvarın 1-dən, bir hissəsi isə 2023-cü il iyulun 1-dən qüvvəyə minir.

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?