27 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Bakı-Tbilisi-Qars dəmir yolunun ötürücülük qabiliyyəti artırılacaq

Bakı-Tbilisi-Qars dəmir yolunun ötürücülük qabiliyyəti artırılacaq

Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun ötürücülük qabiliyyətinin artırılması üzrə işlər 2024-cü ildə yekunlaşacaq.

“vergiler.az” Gürcüstan hökumətinin rəsmi saytına istinadən xəbər verir ki, bu barədə hökumətin 2022-ci ildə gördüyü işlər barədə hesabat verərkən ölkənin Baş naziri İrakli Qaribaşvili deyib.

Onun sözlərinə görə, bu gün işlər aktiv şəkildə aparılır və artıq 86 faiz icra olunub.

“Bakı-Tbilisi-Qars layihəsi (dəmir yolunun ötürücülük qabiliyyətinin artırılması üzrə işlər – red.) 2024-cü ildə tamamlanacaq. Dost Azərbaycanla birlikdə bu layihənin başa çatdırılması üçün əlavə 100 milyon dollar ayrılması barədə razılığa gəlmişik”, - deyə İ.Qaribaşvili qeyd edib.

VergiArtıq ödənilmiş rüsumun geri qaytarılması VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi?