Bakı-Tbilisi-Qars dəmir yolunun ötürücülük qabiliyyəti artırılacaq

2022.12.29 17:05 (UTC+04:00)

Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun ötürücülük qabiliyyətinin artırılması üzrə işlər 2024-cü ildə yekunlaşacaq.

vergiler.az” Gürcüstan hökumətinin rəsmi saytına istinadən xəbər verir ki, bu barədə hökumətin 2022-ci ildə gördüyü işlər barədə hesabat verərkən ölkənin Baş naziri İrakli Qaribaşvili deyib.

Onun sözlərinə görə, bu gün işlər aktiv şəkildə aparılır və artıq 86 faiz icra olunub.

“Bakı-Tbilisi-Qars layihəsi (dəmir yolunun ötürücülük qabiliyyətinin artırılması üzrə işlər – red.) 2024-cü ildə tamamlanacaq. Dost Azərbaycanla birlikdə bu layihənin başa çatdırılması üçün əlavə 100 milyon dollar ayrılması barədə razılığa gəlmişik”, - deyə İ.Qaribaşvili qeyd edib.