1 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Fransa məhkəməsi "Google" şirkətini cərimə ödəməkdən azad edib

Paris İnzibati Apelyasiya Məhkəməsi ABŞ-ın "Google" korporasiyasının Fransa dövlətinə 1,1 milyard avro məbləğində vergi ödəməkdən azad olunması ilə bağlı bundan əvvəl qəbul edilmiş qərarı qüvvədə saxlayıb.

2017-ci il iyunun 12-də məhkəmə internet sahəsində ixtisaslaşmış, dünyanın nəhəng şirkətlərindən biri olan "Google" korporasiyasını 1,1 milyard avro cərimə ödəməkdən azad etmişdi. Məhkəmənin qərarı bununla əsaslandırılmışdı ki, İrlandiyada qeydiyyatda olan "Google Ireland Limited" adlı törəmə şirkət 2005-2010-cu illərdə Fransada vergi rezidenti olmayıb. Qeyd edək ki, Fransanın vergi administrasiyası əvvəlcə "Google" şirkətinə qarşı 1,6 milyard avro məbləğində vergi iddiası irəli sürmüş, sonradan bu məbləği azaltmışdı. ABŞ internet şirkəti isə Fransada daimi nümayəndəliyi olmadığına görə, öz gəlirləri barədə bəyannamə vermək öhdəliyinin olmadığını bildirib.

VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi?