2017-ci il iyunun 12-də məhkəmə internet sahəsində ixtisaslaşmış, dünyanın nəhəng şirkətlərindən biri olan "Google" korporasiyasını 1,1 milyard avro cərimə ödəməkdən azad etmişdi. Məhkəmənin qərarı bununla əsaslandırılmışdı ki, İrlandiyada qeydiyyatda olan "Google Ireland Limited" adlı törəmə şirkət 2005-2010-cu illərdə Fransada vergi rezidenti olmayıb. Qeyd edək ki, Fransanın vergi administrasiyası əvvəlcə "Google" şirkətinə qarşı 1,6 milyard avro məbləğində vergi iddiası irəli sürmüş, sonradan bu məbləği azaltmışdı. ABŞ internet şirkəti isə Fransada daimi nümayəndəliyi olmadığına görə, öz gəlirləri barədə bəyannamə vermək öhdəliyinin olmadığını bildirib.