5 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan və Belçika sahibkarları arasında görüş keçirilib

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, Belçikanın Valloniya regionu üzrə İxrac və Sərmayə Agentliyi (AWEX) və Flandriya Sərmayə, Ticarət və İxrac Agentliyinin (FIT) birgə təşkilatçılığı ilə Bakıda Azərbaycan və Belçika sahibkarları arasında görüş keçirilib. Görüş Belçikada səhiyyə, enerji, nəqliyyat, kimya sənayesi, ticarət, investisiya və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən şirkətlərin nümayəndələrinin ölkəmizə təşkil edilən ticarət missiyası çərçivəsində təşkil olunub.
Tədbirdə çıxış edən AZPROMO-nun rəhbəri Yusif Abdullayev ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti barədə məlumat verib, Azərbaycan-Belçika iqtisadi-ticarət əməkdaşlığından danışıb, iş adamları arasında əlaqələrin genişlənməsi üçün həyata keçirilən tədbirləri qeyd edib.
Belçika Krallığının Azərbaycandakı səfiri Mişel Pitermans ölkələrarası ticarətin inkişafı genişlənməsi, investisiyaların yatırılması və tərəfdaşlığın gücləndirilməsi məsələləri barədə fikirlərini bildirib, analoji tədbirlərin qarşılıqlı əməkdaşlığa töhfə verəcəyini bildirib.
Tədbir çərçivəsində Azərbaycanın əlverişli biznes və investisiya mühiti, İqtisadi Zonaların İnkişafı Agentliyinin fəaliyyətinə dair təqdimatlar keçirilib, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi istiqamətləri barədə müzakirələr aparılıb.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?