29 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İspaniya hökuməti təbii qaz üçün tutulan verginin dərəcəsini 5 faizə endirib

İspaniya hökuməti təbii qaz üçün tutulan verginin dərəcəsini 5 faizə endirib

İspaniya hökumətinin Avropada başlayan enerji böhranına qarşı həyata keçirdiyi tədbirlərdən biri də təbii qaza görə tutulan verginin dərəcəsininazaldılmasıdır. Nazirlər Kabinetinin qəbul etdiyi qərara görə, təbii qaz üçün tutulan verginin dərəcəsi oktyabrın 1-dən dekabrın 31-dək 21 faizdən 5 faizə endiriləcək.

Ekologiya naziri Teresa Ribera mətbuata verdiyi açıqlamada təbii qaza tətbiq edilən vergi güzəştinin odun və kömür yanacağına da şamil ediləcəyini, mövcud enerji böhranı şəraitində hökumətin yerli istehlakçıları və sənayeçiləri dəstəkləyəcəyini vurğulayıb.

Vergi güzəşti sayəsində təbii qaz istifadəçilərinin üç ayərzində 210 milyon avro vəsaitə qənaət edəcəklərini qeyd edən nazir, lazım gələrsə, vergi güzəştininmüddətinin uzadılacağını bildirib.

Qeyd edək ki, sentyabrın 1-də baş naziri Pedro Sançes təbii qaz üçün vergi güzəşti ediləcəyini açıqlamışdı.

Enerji böhranı səbəbindən elektrik enerjisi ilə bağlı vergilər indiyədək 80 faiz azaldıb və bununla vergi ödəyicilərinin 10 milyard avro vəsaitə qənaət edəcəyi bildirilir.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?