25 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
G7 ölkələri 2027-ci ilə qədər infrastrukturun inkişafına 600 milyard dollar cəlb edəcək

G7 ölkələri 2027-ci ilə qədər infrastrukturun inkişafına 600 milyard dollar cəlb edəcək

G7 ölkələri infrastrukturun inkişafını əhatə edən yeni proqrama başlayırlar. Rusiyanın “Kommersant” qəzetinin Ağ Evin mətbuat xidmətinə istinadən yaydığı xəbərdə bildirib ki, G7 ölkələri 2027-ci ilə qədər yoxsul ölkələrin infrastrukturuna 600 milyard dollara qədər sərmayə qoymağı planlaşdırırlar. Proqram Çinin “Bir kəmər, bir yol” proqramı ilə rəqabət aparacaq. “Prezident Bayden və G7-yə daxil olan digər ölkələrin başçıları inkişaf etməkdə olan ölkələrdə infrastruktur boşluqlarını aradan qaldırmaq, qlobal iqtisadiyyatı və təchizat zəncirlərini gücləndirmək və ABŞ-ın milli təhlükəsizlik maraqlarını inkişaf etdirmək üçün qlobal infrastruktur və iİnvestisiya tərəfdaşlığını rəsmən işə salırlar. Bu tərəfdaşlıq çərçiovəsində inqilabi layihələr həyata keçiriləcək”, - Ağ Evin saytında dərc olunmuş memorandumda deyilir. Memoranduma əsasən, ayrılan maliyyələşmə iqlim və enerji təhlükəsizliyi, rəqəmsal rabitə, səhiyyə və tibbi təhlükəsizlik, gender bərabərliyi kimi layihələrə yönəldiləcək. ABŞ-ın qənaətinə görə, bu layihələr iqtisadiyyatın əsas sektorlarını inkişaf etdirəcək.

“Reuters”in şərhində bildirildiyi kimi, Çinin “Bir kəmər, bir yol” proqramı əsasən dövlət vəsaitləri hesabına maliyyələşdirildiyi halda, G7 ölkələrinin yeni proqramı çərçivəsində investisiyaların əsas hissəsi özəl investorların payına düşəcək. Bundan əlavə, proqram qrantlar və federal fondlar hesabına da maliyyələşdiriləcək.

VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur?