29 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Dünya Bankı Gürcüstan iqtisadiyyatının artım proqnozunu yenidən qaldırıb

Dünya Bankı Gürcüstan iqtisadiyyatının artım proqnozunu yenidən qaldırıb

Dünya Bankı Gürcüstanın iqtisadi artımı ilə bağlı proqnozunu yenidən 5,5%-ə qaldırıb. Bankın Qafqaz ofisinin rəhbəri Sebastyan Molineus xatırladıb ki, bundan əvvəl regiondakı geosiyasi gərginliklə əlaqədar yaranmış qeyri-müəyyənlik səbəbindən Gürcüstanda iqtisadi artım proqnozu 2,5%-ə endirilmişdi: “Gürcüstan iqtisadiyyatı heyrətamiz möhkəmlik və güc nümayiş etdirdi və birinci rübdə nəzərəçarpan artıma nail oldu. Ona görə də biz indi inanırıq ki, Gürcüstan iqtisadiyyatı bu ilin əvvəlində proqnozlaşdırıldığı kimi 5,5% artacaq”, - DB nümayəndəsi bildirib.

Qeyd edək ki, 2022-ci ilin yanvar-aprel aylarında Gürcüstanda ümumi daxili məhsul artımı ötən ilin eyni dövründəki 8,1%-ə qarşı 10,8% olub. Artım daha çox nəqliyyat, mehmanxana və restoran biznesi, enerji və istilik təchizatı, maliyyə və sığorta, incəsənət, əyləncə və istirahət, tikinti, eləcə də mədənçıxarma sənayesi sahələrində müşahidə olunub.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?