29 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Belçikada təbii qaz, benzin və dizel yanacağına tətbiq olunan ƏDV-nin dərəcəsi azaldılıb

Belçikada təbii qaz, benzin və dizel yanacağına tətbiq olunan ƏDV-nin dərəcəsi azaldılıb

Belçika hökuməti enerji daşıyıcılarının qiymətlərinin artması ilə əlaqədar olaraq təbii qaz, benzin və dizel yanacağı üçün tətbiq edilən əlavə dəyər vergisinin (ƏDV) dərəcəsini aşağı salmaq barədə qərar verib.

Baş nazir Aleksandr de Kro federal hökumətdə təmsil olunan partiyaların enerji daşıyıcılarının qiymətlərinin sürətlə artmasına qarşı həyata keçirilməsi planlaşdırılan tədbirlərlə bağlı razılığa gəliklərini bildirib.

Yeni qərara görə, təbii qaz üçün ƏDV dərəcəsi sentyabr ayının sonuna qədər 21 faizdən 6 faizə endirilib.

Bundan əvvəl elektrik üçün tətbiq olunan ƏDV mart-iyul ayları ərzində 6 faiz müəyyənləşdirilmişdi. Yeni qərarla elektrik üçün ƏDV endirimi də sentyabrın sonuna qədər qüvvədə olacaq. Evini maye yanacaqla qızdıranlara isə 200 avro dəyərində çek göndəriləcək.

Bunlarla yanaşı, benzin və mazut üçün vergilər də hər litrə görə 17,5 sent azaldılıb. Baş nazirin sözlərinə görə, enerji daşıyıcılarının qiymətlərinə iyun ayında yenidən baxılacaq və zəruri hal olarsa, əlavə tədbirlər görüləcək.

Qeyd edək ki, Belçikada fevral ayında elektrikin qiyməti keçən ilin eyni dövrü ilə müqayisədə 72,8 faiz, təbii qazın qiymətləri 138,3 faiz, evlərin isidilməsi üçün istifadə olunan maye yanacağın qiyməti isə 57,6 faiz artmışdı.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?