23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
ABŞ Avropa məhsullarına əlavə gömrük vergisi tətbiq edir

ABŞ Avropa məhsullarına əlavə gömrük vergisi tətbiq edir

ABŞ Prezidenti Donald Tramp "Twitter" hesabından paylaşdığı qeyddə bəyan edib: "Dünya Ticarət Təşkilatı "Airbus" təyyarə şirkətinə Avropa İttifaqının (Aİ) subsidiyalar verməsinin ABŞ iqtisadiyyatına mənfi təsir göstərəcəyini təsbit edib. ABŞ indi də 11 milyard dollar dəyərində Avropa mallarına gömrük vergisi tətbiq edəcək". 

Trampın bu qərarından əvvəl Ağ Saray strukturunda birbaşa Prezidentə tabe olan ABŞ Ticarət Təmsilçiliyi "Airbus" şirkətinə verilən subsidiyalara qarşılıq olaraq, vergi tətbiq ediləcək malların siyahısını tutmuşdu. ABŞ Ticarət Nazirliyi də Aİ-nin "Airbus" şirkətinə verdiyi maliyyə dəstəyini səbəb göstərərək, Aİ ölkələrindən idxal edilən malların, o cümlədən aviasiyaya aid məhsulların, süd məhsullarının və şərabların siyahısını Prezident Administrasiyasına təqdim etmişdi. Nazirliyin hesablamalarına görə, Aİ-nin "Airbus" şirkətinə ayırdığı subsidiyalar ABŞ iqtisadiyyatına hər il 11 milyard dollar ziyan vuracaq. ABŞ-ın ticarət təmsilçisi Robert Laythayzer məsələ ilə bağlı açıqlama verərək deyib: "Bizim son hədəfimiz böyük mülki təyyarələrin istehsalına yaradılmış qeyri-taraz subsidiyalara son qoyulmasına dair Aİ ilə razılığa gəlməkdir. Aİ bu ziyanlı subsidiyaları dayandırdıqdan sonra ABŞ-ın tətbiq etdiyi əlavə gömrük vergiləri də ləğv oluna bilər".

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?