29 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Aİ-nin enerji vergi siyasətinin iqlim hədəfləri ilə ziddiyyət təşkil etdiyi müəyyənləşdirilib

Aİ-nin enerji vergi siyasətinin iqlim hədəfləri ilə ziddiyyət təşkil etdiyi müəyyənləşdirilib

Avropa İqtisadi Komissiyası Avropa İttifaqı (Aİ) ölkələrindəki vergitutma siyasətlərinin İttifaqın iqlim hədəflərinə uyğun olmadığını müəyyənləşdirib.

Komissiyanın “Enerji vergiləndirməsi, karbon qiymətləndirilməsi və enerji subsidiyaları” başlıqlı hesabatında enerji sektorunun vergiyə cəlb edilməsinin iqlim dəyişikliyinə qarşı mübarizə səylərini dəstəkləyə biləcəyi, bununla belə mövcud vergi səviyyələrinin fərqli enerji mənbələrinin atmosferi çirkləndirmə səviyyəsinə uyğun olmadığı qeyd edilib.

Aİ Komissiyasının və bəzi üzv ölkələrin yanacaq subsidiyalarını mərhələli şəkildə ləğvetmə öhdəliklərinin olduğunu xatırladan hesabatda, bu öhdəliyə baxmayaraq fosil yanacağın dəstəklənməsinin son 10 ildə nisbətən sabit qaldığı göstərilib.

Hesabata əsasən, “Aİ-nin enerji vergiləndirmə siyasətləri iqlim hədəflərinə uyğun gəlmir”. Aİ-nin Yaşıl Konsensus ilə Avropanı 2050-ci ilə qədər “iqlim dostu” bir qitəyə çevirməyi hədəflədiyi xatırladılan hesabatda enerji vergiləndirməsi, karbon qiymətləndirilməsi və enerji subsidiyalarının iqlim hədəflərinə çatmaq üçün önəmli vasitələr olduğuna diqqət yönəldilib.

Sənəddə mövcud enerji vergiləndirmə idarəçiliyi çərçivəsində daha çox çirkləndirici enerji qaynaqlarının daha az karbon emissiya edənlərlə müqayisədə vergi üstünlüyünə malik olduğu vurğulanıb.

Aİ-də kömürə təbii qazdan, bəzi fosil yanacaqlara isə elektrikdən əhəmiyyətli dərəcədə az vergi qoyulduğu bildirilən hesabatda yanacaqlara qoyulan vergilərdəki fərqliliklərin daxili bazarda tarazsızlıq yaradacağı göstərilib:

“Fosil yanacaqlarla bağlı daha az karbon qiymətləri və daha az enerji vergiləri ekoloji baxımdan daha təmiz texnologiyaların nisbi dəyərini artırmaqdadır”.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?