1 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Qazaxıstanda vergi amnistiyası elan ediləcək

Qazaxıstanda vergi amnistiyası elan ediləcək

Qazaxıstan Qanunvericiliyinə düzəlişlərə əsasən, kiçik və orta biznes subyektləri bu il oktyabrın 1-dək olan vergi cərimələrinin və onlara əlavə edilmiş penya faizlərinin ləğv ediləcəyi nəzərdə tutulur: bir şərtlə ki, onlar 2018-ci ilin sonuncu gününə qədər əsas vergi borclarını tam ödəmiş olsunlar. İlkin hesablamalara görə, vergi amnistiyası 90 mindən artıq təsərrüfat subyektini əhatə edəcək. Qazaxıstan Dövlət Gəlirləri Komitəsinin açıqlamasında bildirilmişdir ki, bu addımın atılması Prezident Nursultan Nazarbayevin oktyabrın 5-də xalqa müraciətində irəli sürdüyü təşəbbüsdən irəli gəlir və öz biznesinə yenidən başlamaq istəyən kiçik və orta sahibkarlara işgüzar fəaliyyətlərini bərpa etməyə şərait yaratmaq məqsədi daşıyır.

Vergi amnistiyası:

  • iri vergi ödəyicilərinə;
  • yerin təkindən istifadə edənlərə (yeraltı su və müalicəvi palçıq çıxarmaq hüququ olanlar istisna olunmaqla);
  • aksizli məhsul istehsal edənlərə;
  • sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslərə tətbiq olunmayacaq.

Qazaxıstan Dövlət Gəlirləri Komitəsinin açıqlamasında bildirilmişdir ki, yuxarıdakı meyarlara uyğun olaraq vergi amnistiyasından faydalanmaq hüququ qazanan 90.077 orta və kiçik biznes subyektinin (31.210 hüquqi şəxs və 58.867 fərdi sahibkar) dövlətə 340,6 milyard tenge (1 tenge=0,00454 manat) vergi borcu var. Ləğv edilməsi nəzərdə tutulan cərimə faizlərinin məbləği 122,9 milyard tenge, cərimələrin məbləği isə 7,3 milyard tenge təşkil edir. Dekabrın 31-dək 210,4 milyard tenge məbləğində əsas vergi borcunun tam ödəniləcəyi halda, bu məbləğ silinəcək.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?