1 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
"Google" şirkəti ətrafında daha bir vergi qalmaqalı

"Google" şirkəti ətrafında daha bir vergi qalmaqalı

"Reuters" agentliyinin məlumatına görə, "Google" şirkəti Hollandiyada qeydiyyata alınmış başqa bir şirkət vasitəsilə 2017-ci ildə Bermud adalarına 19,9 milyard avro (38,4 milyard manat) pul köçürüb. Köçürmə, Hollandiyanın Ticarət Palatasına təqdim edilmiş sənədlərdə göstərildiyi kimi, xarici vergilər üzrə ödənişlərin azaldılmasına imkan yaradan saziş əsasında aparılıb. "Google" şirkətinin açıqlamasında isə bildirilib ki, şirkət dünyanın hansı ölkəsində işləyirsə, həmin ölkənin vergi qanunvericiliyinə əməl edir və bütün vergiləri ödəyir: "Digər transmilli şirkətlər kimi, "Google" şirkəti də mənfəət vergisinin əksər hissəsini öz ölkəsində ödəyir, biz son on ildə dünya üzrə 26 faiz həcmində effektiv dərəcə ilə vergi ödəmişik".

Məsələ bundadır ki, şirkətin imzaladığı saziş on ildən artıq müddət ərzində "Google Alphabet (GOOGL.O)" şirkətinin sahibinə ABŞ-dan kənarda əldə edilmiş mənfəət üçün birrəqəmli aşağı efektiv dərəcə ilə vergi ödəməyə şərait yaradıb (bu vergi dərəcəsi xarici bazarlardakı vergi dərəcəsinin təxminən dörddəbiri qədərdir). Hollandiyadakı törəmə şirkət ABŞ sərhədlərindən kənarda əldə olunmuş royalti gəlirlərinin Bermud adalarında yerləşən "Google Ireland Holdings" adlı filiala köçürülməsi üçün istifadə edilir ki, şirkətlər orada mənfəət vergisindən azaddırlar.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?