25 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Sinqapur hökuməti rekord məbləğdə vergi yığdığını bildirib

Sinqapur hökuməti rekord məbləğdə vergi yığdığını bildirib

Sinqapurun Vergi İdarəsi 2017-2018-ci maliyyə ili üzrə dövlət büdcəsinə 47 milyard Sinqapur dolları (34,5 milyard ABŞ dolları) məbləğində vergi köçürüb ki, bu da əvvəlki maliyyə ili ilə müqayisədə 5 faiz çoxdur. Vergi daxilolmalarının artması, başqa amillərlə yanaşı, həm də 2016-cı ildə iqtisadiyyatın 2 faizlik artımı, eləcə də işsizlik səviyyəsinin 2,1 faiz azalması ilə əlaqələndirilir. Yığılan vergilərin strukturunda gəlir vergisi (korporativ mənfəət vergisi də daxil olmaqla) ümumi yığımların 54 faizini təşkil edib. Daxilolmaların 24 faizi satışdan verginin, 9 faizi isə əmlak vergisinin payına düşüb. Sinqapur hökuməti səlahiyyətli orqanlar ilə Hesabatlılığın Ümumi Standartına uyğun olaraq maliyyə hesabatlarının avtomatik mübadiləsinə imkan yaradan əməkdaşlıq barədə ikitərəfli sazişlər imzalamaqla vergidən yayınmaya qarşı mübarizəni xeyli gücləndirib.

VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur?