30 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İsveçrədə şirkətlər ödədikləri rüşvəti vergidən yayındıra bilməyəcək

Nə qədər qəribə də görünsə, 1996-cı ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) daxil olan ölkələrin yarısı digər ölkələrdə dövlət təmsilçilərinə ödənilən rüşvətin vergiyə cəlb olunmamasına icazə verirdi. Bunların arasında Almaniya, Fransa, Avstraliya, Yeni Zelandiya və İsveçrə də vardı. Həmin ölkələrdə fəaliyyət göstərən şirkətlər bəzi xarici ölkələrdə biznes aparmaq üçün rüşvət vermək məcburiyyətində qaldıqlarını bildirirdilər.

Sonrakı dövrlərdə biznes təcrübələri dəyişdikcə OECD rüşvət və çirkli pulların yuyulması ilə bağlı daha sərt qanunların tətbiqi üçün təzyiqləri artırdı.

Buna baxmayaraq İsveçrə 2001-ci ildə dövlət sektorunda çalışanlara ödənilən rüşvətin vergidən azad olunmasını qüvvədə saxladı.

Bu ölkənin qanunvericiliyi şirkətlərin ayrı-ayrı fərdlərə rüşvət verməsini yalnız 2015-ci ildə cinayət kimi təsbit etdi.

BBC agentliyinin məlumatında bildirilir ki, İsveçrə hökuməti vergi qanunvericiliyinin cinayət məcəlləsinə uyğunlaşdırılması barədə qərar qəbul edib. Hökumətin bu qərarına əsasən, İsveçrədə şirkətlərin fərdlərə ödədikləri rüşvət vergidən azad edilməyəcək.

“Vergi cənnətləri” imicindən qurtulmağı qarşısına məqsəd qoyan İsveçrədə yeni qayda 2022-ci ildə qüvvəyə minəcək.

Xatırladaq ki, Avropa İttifaqı İsveçrəni 2019-cu ilə qədər “vergi sığınacağı” sayılan ölkələrin “qara siyahısı”na salmışdı.

VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi?