30 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Rusiyada NKA-lara nəzarət qaydaları sərtləşdirilir

Rusiyada NKA-lara nəzarət qaydaları sərtləşdirilir

Rusiya Federasiyasında nəzarət-kassa aparatları (NKA) ilə bağlı məsələlər 22 may 2003-cü il tarixli Federal qanunla tənzimlənir. 2021-ci ildən bu qanun qüvvədən düşəcək, Vergi Məcəlləsində "Operativ nəzarət" bölməsi qüvvəyə minəcək və kassa əməliyyatları onunla tənzimlənəcək.

Yeni qanunun əsas müddəaları bunlardır:

1) Vergi orqanları üç illik dövr üzrə NKA əməliyyatlarını yoxlayacaqlar, hazırda bu müddət 1 ildir;

2) Qanun pozuntusuna görə məsuliyyət müddətinin başlanma tarixi artırılacaq;

3) Alıcıdan şikayət gəldikdə vergi müfəttişinin ixtiyarı olacaq ki, eyni dövrə aid əməliyyatları bir neçə dəfə yoxlasın;

4) NKA-lara və dövriyyənin uçotunun tamlığına nəzarət çərçivəsində müfəttişlər yoxlama alışları, müşahidə, foto və videoçəkiliş, audioyazı aparmaq, şahidlər, ekspertlər, mütəxəssislər cəlb etmək səlahiyyətinə malik olacaqlar;

5) Vergi müfəttişliyi yoxlama aparmaq üçün Federal Təhlükəsizlik Xidməti orqanlarının əməkdaşlarını cəlb edə biləcək;

6) NKA-ların işindəki səhvlərə görə yeni cəzalar tətbiq olunacaq;

7) Qanun pozuntusu ilə bağlı qərardan sonra kassir 10 gün ərzində çek vurmasa, şirkətin bankdakı hesabı bağlanacaq;

8) Müfəttişə ixtiyar veriləcək ki, malların satışını həyata keçirən, lakin çek vurmayan saytları və sosial şəbəkələrdəki səhifələri bağlasın.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?