Yeni qanunun əsas müddəaları bunlardır:
1) Vergi orqanları üç illik dövr üzrə NKA əməliyyatlarını yoxlayacaqlar, hazırda bu müddət 1 ildir;
2) Qanun pozuntusuna görə məsuliyyət müddətinin başlanma tarixi artırılacaq;
3) Alıcıdan şikayət gəldikdə vergi müfəttişinin ixtiyarı olacaq ki, eyni dövrə aid əməliyyatları bir neçə dəfə yoxlasın;
4) NKA-lara və dövriyyənin uçotunun tamlığına nəzarət çərçivəsində müfəttişlər yoxlama alışları, müşahidə, foto və videoçəkiliş, audioyazı aparmaq, şahidlər, ekspertlər, mütəxəssislər cəlb etmək səlahiyyətinə malik olacaqlar;
5) Vergi müfəttişliyi yoxlama aparmaq üçün Federal Təhlükəsizlik Xidməti orqanlarının əməkdaşlarını cəlb edə biləcək;
6) NKA-ların işindəki səhvlərə görə yeni cəzalar tətbiq olunacaq;
7) Qanun pozuntusu ilə bağlı qərardan sonra kassir 10 gün ərzində çek vurmasa, şirkətin bankdakı hesabı bağlanacaq;
8) Müfəttişə ixtiyar veriləcək ki, malların satışını həyata keçirən, lakin çek vurmayan saytları və sosial şəbəkələrdəki səhifələri bağlasın.