14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Elektron Kredit Platforması sahibkarların kredit əldə etmək imkanlarını genişləndirir

Sahibkarların dövlət zəmanətli krediti asan və şəffaf əldə etməsi üçün İqtisadiyyat Nazirliyi tərəfindən yaradılan Elektron Kredit Platforması artıq sahibkarların kredit sifarişləri üçün əlverişli vasitəyə çevrilib. İndiyədək Elektron Kredit Platforması üzərindən 660 milyon manat həcmində yeni biznes krediti sifarişi üzrə 2200-dən çox müraciət daxil olub.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədr müavini Samir Hümbətov bildirib ki, indiyədək 143 müraciət üzrə 27 milyon manat məbləğində kreditlərin ayrılması üçün qərarlar qəbul edilib və hazırda digər müraciətlərə baxılır, müəyyən olunmuş müddətdə nəticələr barədə sahibkarlara elektron platforma vasitəsilə məlumat veriləcək: "Kredit zəmanət mexanizminin tətbiqi pandemiyadan zərər çəkmiş sahələrdə iqtisadi fəallığın və məşğulluğun qorunub saxlanılması, likvidliyin dəstəklənməsi baxımından xüsusilə əhəmiyyətlidir.

Yeni biznes kreditlərinin Elektron Kredit Platforması vasitəsilə verilməsi sahibkarlara biznes kreditləri üçün onlayn rejimdə müraciət, vəkil kredit təşkilatları və İqtisadiyyat Nazirliyində müraciətlərə eyni vaxtda baxılması, statusun real vaxt rejmində izlənilməsi, həmçinin üç kredit təşkilatına eyni zamanda müraciət imkanının yaradılması kimi üstünlüklər verir. Beləliklə, sahibkarların kredit almaq imkanları genişlənir, sərf olunan vaxta və xərclərə qənaət olunur. Biznes kreditlərinə dövlət zəmanətinin verilməsi və həmin kreditlər üzrə faizlərin subsidiyalaşdırılması mexanizmi əsasən 500 milyon manat həcmində yeni biznes krediti portfelinin 60 faizədək hissəsinə tətbiq edilir. Bundan əlavə, həmin kreditlərə illik faizin də yarısı dövlət tərəfindən maliyyələşdirilir".

Fəxriyyə İKRAMQIZI

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?