12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Pandemiya daşınmaz əmlak bazarına təsirsiz qalmayıb

Ölkədə daşınmaz əmlak bazarının təhlilini aparan "MBA Group" konsaltinq şirkətinin rəhbəri Nüsrət İbrahimov “vergilər.az”a açıqlamasında diqqəti ötən ay daşınmaz əmlak bazarının ayrı-ayrı seqmentləri üzrə qeydə alınan qiymət fərqlərinə yönəldib.

Ay ərzində təkrar mənzil bazarında qiymətlərdə 2,22 faiz azalma baş verib. Ancaq ötən ilin eyni dövrü ilə müqayisədə qiymətlər 2,64 faiz artıb. Təkrar mənzil bazarında bahalı və orta qiymətli mənzillərdə qiymətlər iyul ayında, demək olar ki, sabit qalıb. Lakin 2019-cu ilin eyni dövrünə nisbətən bahalı mənzillərin qiymətlərində 4,11 faiz azalma qeydə alınıb. Orta qiymətə olan mənzillərdə isə 1,01 faiz artım olub. Ucuz mənzillərin qiymətləri daha da azalıb. Bu seqmentdə ay ərzində 2,18 faiz ucuzlaşma qeydə alınıb. Ötən illə müqayisədə isə qiymətlər sabit qalıb.

İlkin mənzil bazarında mənzillərin ucuzlaşması müşahidə edilib. İyul ayı ərzində qiymətlərdə 2,7 faiz azalma qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə qiymət 2,62 faiz artıb. İlkin mənzil bazarının ayrı-ayrı seqmentlərində isə ucuzlaşma olub. Bahalı mənzillərin qiyməti 1 faiz, orta qiymətli mənzillərin qiyməti isə 4,45 faiz azalıb. Nisbətən ucuz mənzillərin qiymətində 3,43 faiz azalma olub.

İlkin və təkrar mənzil bazarında ucuzlaşmada mövsümi amillər özünü göstərib. Yay aylarında, adətən, bu seqmentlərdə aktivlik aşağı olur.

İyulda fərdi yaşayış və bağ evləri üzrə orta bahalaşma göstəricisi 0,77 faiz olub. Ötən ilin eyni dövrü ilə müqayisədə isə qiymətlər 4,12 faiz artıb. Ay ərzində bahalı evlərdə 1,64 faiz, orta qiymətə olan bağ evlərində 0,61 faiz artım, ucuz evlərdə isə 1,36 faiz ucuzlaşma qeydə alınıb.

Kommersiya obyektlərinin satışı zəifləyib. Bu seqmentdə iyul ayında 3,44 faiz azalma qeydə alınıb. Lakin ötən ilin eyni dövrü ilə müqayisədə kommersiya obyektlərinin qiyməti 13,61 faiz artıb. Ay ərzində azalma, əsasən, zirzəmi və yarımzirzəmi tipli obyektlərdə, istehsal və anbar sahələrində baş verib. Ticarət obyektlərinin satış qiymətləri isə dəyişməyib. Xidmət və ofis binalarında, boş yerlərdə ay ərzində 2 faizə qədər artım olsa da, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə bütün obyektlərin qiyməti ucuzlaşıb.

Torpaq bazaında da iyul ayında qiymətlərdə azalma qeydə alınıb. Mütəxəssis bunun səbəbini mövsümi amillərlə izah edib. Ötən ilin eyni dövrü ilə müqayisədə isə torpaqların qiymətində 7,14 faizlik bahalaşma olub.

Pandemiyanın yayılması səbəbindən kirayə mənzillərə tələbat azalıb. Bu səbəbdən kirayə qiymətlərində ay ərzində 3,03 faiz azalma baş verib. Ötən ilin eyni dövrü ilə müqayisədə isə azalma daha çoxdur - 8,57 faiz. Fərdi yaşayış və bağ evlərinin kirayəsində isə mövsümlə əlaqədar iyulda 4,5 faiz artım qeydə alınıb. 2019-cu ilin iyul ayına nisbətən isə artım 9,14 faiz olub.

Obyektlərin icarəsi bazarında da qiymətlər ucuzlaşıb. İyulda bu seqmentdə 6,14 faiz azalma qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə icarə haqları 0,94 faiz artıb.

Fərqanə ALLAHVERDİQIZI

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?