30 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bu ilin yeddi ayında ölkədə elektrik enerjisi istehsalı artıb

Energetika Nazirliyi bu ilin yanvar-iyul aylarında Azərbaycan üzrə elektrik enerjisinə dair operativ məlumatları açıqlayıb.

Nazirlikdən bildirilib ki, cari ilin yanvar-iyul ayları üzrə elektrik enerjisinə dair operativ məlumatlara əsasən, iyulda respublika üzrə elektrik enerjisinin istehsalı 2395,1 milyon kilovat/saat, ixracı 110,7 milyon kilovat/saat, idxalı 15,9 milyon kilovat/saat olub. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə iyulda respublika üzrə elektrik enerjisinin istehsalı 26,2 milyon kilovat/saat, ixrac 9 milyon kilovat/saat artıb, idxal isə 2,6 milyon kilovat/saat artıb.

Cari ilin yanvar-iyul aylarında isə respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 96 milyon kilovat/saat artaraq 15346,9 milyon kilovat/saat olub.

Hesabat dövründə ötən ilin 7 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 381,5 milyon kilovat/saat artaraq 14358,9 milyon kilovat/saat, SES-lərdə 277,4 milyon kilovat/saat azalaraq 774,5 milyon kilovat/saat, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 8,1 milyon kilovat/saat azalaraq 213,5 milyon kilovat/saat olub. Külək Elektrik Stansiyalarında 63,03 milyon kilovat/saat, Günəş Elektrik Stansiyalarında 28 milyon kilovat/saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 122,5 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib.

Yanvar-iyul aylarında elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 13726,7 milyon kilovat/saat (İES-lərdə 13086,6 milyon kilovat/saat, SES-lərdə 640,1 milyon kilovat/saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 243,6 milyon kilovat/saat (İES-lərdə 98,6 milyon kilovat/saat, SES-lərdə 120,9 milyon kilovat/saat, Günəş ES-də 24,1 milyon kilovat/saat), Müstəqil Elektrik Stansiyaları üzrə 1376,6 milyon kilovat/saat təşkil edib.

Bu dövrdə elektrik enerjisinin ixracı 731,8 milyon kilovat/saat olmaqla, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 43,3 milyon kilovat/saat, idxalı isə 87,4 milyon kilovat/saat olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 6,4 milyon kilovat/saat azalıb.

VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır?