19 Avqust 2022

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Avqustun 11-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-dən bildirilib ki, faizli, ortamüddətli dövlət istiqrazlarının ümumi həcmi 10 milyon manat, nominal dəyəri 100 manat, tədavül müddəti 1820 gün, faiz gəliri 8,5 faizdir. İstiqrazlar 2025-ci il yanvarın 21-də ödəniləcək. "PAŞA Kapital" İnvestisiya Şirkəti QSC anderrayter vəzifəsində çıxış edir.

Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20 faizdən çox olmamaq şərtilə qəbul edilməsinə icazə verilir. Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 30 faizdən aşağı olduğu təqdirdə, emitent bu sifarişləri qəbul etməyə bilər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda isə, emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) "Üzvlər" bölməsində yerləşdirilib.

Qeyd edək ki, avqustun 11-də hərracı baş tutacaq AZ0108001782 ISIN kodlu qiymətli kağız üzrə faktiki(qalıq) tədavül müddəti 1624 gün təşkil edəcək.

VergiMDB dövlətləri Vergi (maliyyə) tədqiqatları orqanları rəhbərlərinin Koordinasiya Şurasının iclası keçirilib Ekspert RəyiVergi ödəyicisinin təsərrüfat subyekti hesab edilməyən mülkü vergi uçotuna alınmalıdırmı? VergiRezident müəssisə tərəfindən qeyri-rezidentə ödənilən cərimədən vergi tutulurmu? Ekspert RəyiƏmək qabiliyyətinin müvəqqəti itirilməsi və hamiləliyə görə müavinətlər VergiVergidən azad olunan gəlirlərin bəyan edilməməsinə görə maliyyə sanksiyası tətbiq olunurmu? VergiDəyişiklikdən sonra faiz gəlirlərindən ödəmə mənbəyində vergi necə hesablanacaq? VergiVergi daxilolmaları 73,2 faiz artıb Ekspert Rəyiİşçilərin nahar fasiləsi fərqli vaxtlarda və fərqli müddətlərdə ola bilərmi? VergiQeyri-rezidentin yerli müəssisəyə ödədiyi borc Azərbaycan mənbəyindən əldə olunmuş gəlir hesab edilirmi? VergiMikro sahibkarlıq subyektlərində gəlirin müəyyən edilməsi