17 May 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Muxtar respublika iqtisadiyyatına yönəldilən kredit qoyuluşu 191 milyon manatı ötüb

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən banklar və kredit təşkilatları tərəfindən 2020-ci il 1 iyul tarixinə muxtar respublika iqtisadiyyatına yönəldilən kredit qoyuluşu 191 milyon 578 min manat, o cümlədən qısamüddətli kredit qoyuluşu 8 milyon 544 min manat, uzunmüddətli kredit qoyuluşu isə 183 milyon 34 min manat təşkil edir. Kredit qoyuluşu, əsasən dövlət proqramlarının icrasına, real sektorun, kiçik və orta sahibkarlığın inkişafına yönəldilib.

Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsindən bildirilib ki, bank və kredit təşkilatları tərəfindən 2020-ci ilin yanvar-iyun ayları ərzində 85 milyon 375 min manat kredit verilib, bunun da 9 milyon 670 min manatını qısamüddətli, 75 milyon 705 min manatını isə uzunmüddətli kredit təşkil edir. Kreditlərin 5 milyon 598 min manatı kənd təsərrüfatı, 11 milyon 260 min manatı sənaye, 226 min manatı tikinti, 2 milyon 35 min manatı kommersiya, 723 min manatı nəqliyyat, rabitə və informasiya, 1 milyon 767 min manatı daşınmaz əmlakla əlaqədar ipoteka kreditlərinin, 63 milyon 766 min manatı isə digər kommunal, sosial və istehlak kreditlərinin verilməsi kimi sahələrə yönəldilib.

İyulun 1-dək muxtar respublikada 1310 POS-terminal quraşdırılıb və hazırda bu istiqamətdə işlər davam etdirilir. Görülən işlərin nəticəsidir ki, cari ilin birinci yarısında POS-terminallar və digər ödəniş vasitələri ilə aparılan nağdsız əməliyyatların həcmi 40 milyon 283 min manat olub. Aparılan nağdsız ödənişlərin 15 milyon 144 min manatı POS-terminallar vasitəsilə, 25 milyon 139 min manatı isə internet və digər ödəniş vasitələri üzərindən həyata keçirilib. Bununla yanaşı, 2020-ci il 1 iyul tarixinədək muxtar respublikada 113 ədəd bankomat quraşdırılıb. Həmçinin bu dövrədək ödəmə terminallarının sayı 66 ədəd təşkil edib.

VergiFermer təsərrüfatında çalışan işçilərin vergi və sosial ödənişləri necə hesablanır? VergiMəcburi köçkünlərə vergi güzəşti və tələb olunan sənədlər VergiFiziki şəxs işçilərin əməkhaqqını nağd qaydada ödəyə bilərmi? VergiTeatr tamaşası üçün alınan biletə görə ƏDV-nin bir hissəsinin geri alınması VergiƏcnəbilər ƏDV-ni geri ala bilərlərmi? Vergiİşçinin müalicəsi üçün tibb müəssisəsinə ödənilən məbləğ gəlirdən çıxılırmı? VergiƏvəzləşdirilməyən ƏDV qeyri-maddi aktivlərin dəyərini artıran xərc kimi qəbul edilə bilərmi? VergiVÖEN yenidən aktivləşdikdə vergi ödəyicisinin hansı öhdəlikləri yaranır? VergiMüəlliflik hüququndan istifadəyə görə verilən royalti ödənişlərindən vergi tutulurmu? VergiFəaliyyətini müvəqqəti dayandıran vergi ödəyicisinin öhdəlikləri