8 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Şəffaflıq və optimallaşdırmanın yaratdığı maliyyə qənaəti Dövlət Sosial Müdafiə Fonduna transfertin daha 238 milyon manat azalmasına imkan verib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun (DSMF) gəlir hissəsində transfertin məbləği fondun maliyyə qənaəti kimi əldə edilmiş 238 milyon manat azaldılacaq. Bununla əlaqədar olaraq DSMF-nin bu ilin əvvəlinə ehtiyat yastığı olan 197,2 milyon manat vəsait ilk dəfə olaraq fondun gəliri qismində nəzərə alınacaq, fondun xərclərindən isə 40,8 milyon manat azaldılacaq.

Bu, “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə yeni qanun layihəsində əksini tapır.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, son illər DSMF xərclərinin optimallaşdırılması, əsassız pensiya işlərinin dayandırılması və qeyri-qanuni maliyyə yükünün aradan qaldırılması, vəsaitlərin ödənişinə nəzarətin gücləndirilməsi və digər islahat tədbirləri fondun xərclərində ciddi maliyyə qənaətləri formalaşdırıb. Qeyd edilən 238 milyon manat da 2018-2019-cu illər və 2020-ci ilin 6 ayı ərzində (indeksasiya göstəricisi nəzərə alınmaqla) əsassız vəsait ödənişlərinin qarşısının alınması nəticəsində əldə olunmuş maliyyə qənaətidir.

Bununla bərabər, nəzarət-yoxlama tədbirləri nəticəsində həmin dövrdə müavinət xərclərində 23,6 milyon manat həcmində artıq (əsassız) ödəmə aşkar edilərək dayandırılıb. Həmçinin 2018-ci ildə 1055, 2019-cu ildə 2656, 2020-ci ilin birinci yarışında 2603 saxta əlillik işinin aşkar olunaraq ləğv edilməsi nəticəsində aylıq 2,4 milyon manat, illik 29 milyon manat təşkil edən əsassız ödənişin qarşısı alınıb. Aktuar hesablamalara əsasən müəyyən edilib ki, həmin saxta işlər üzrə ödənişlərin davam etdirilməsi fondun büdcəsindən 735 milyon manat həcmində əsassız ödənişin həyata keçirilməsinə səbəb ola bilərdi.

Həmin sosial ödənişlərin artımı (bu ilin 6 ayında pensiyaların maliyyələşdirilməsi üçün 2019-cu ilin eyni dövrünə nisbətən 436,51 milyon manat və ya 24,09 faiz çox vəsait sərf edilib) şəraitində fondun transfert (büdcədən vəsaitin köçürülməsi) asılılığının əhəmiyyətli dərəcədə azalması ilə nəticələnir.

Qanun layihəsində, həmçinin aparılmış nəzarət-yoxlama tədbirləri nəticəsində nominal pensiya xərclərinin azalması ilə bağlı olaraq, fondun illik pensiya xərclərinin 26,8 milyon manata yaxın azaldılması və s. təkliflər yer alıb.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən layihə birinci oxunuşda parlamentin plenar iclasına tövsiyə edilib.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?