26 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Özünüməşğulluq proqramına qoşulmaq istəyənlər KOBİA-nın dəstəyindən də faydalana bilərlər

Özünüməşğulluq proqramına qoşulmaq istəyənlər KOBİA-nın dəstəyindən də faydalana bilərlər

Özünüməşğulluq proqramına qoşulmaq istəyən vətəndaşlar Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyindən də faydalana bilər. Bunun üçün onlar elektron platforma və Ərazi Məşğulluq Mərkəzləri ilə yanaşı, Bakı şəhəri və regionlarda fəaliyyət göstərən KOB dostlarına da müraciət edə bilərlər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, indiyədək 300-dək vətəndaş KOB dostlarının bu istiqamətdə dəstəyindən faydalanıb. Onlara proqrama qoşulmaq üçün müvafiq qaydalar, lazım olan sənədlər barədə informasiya, Ərazi Məşğulluq Mərkəzləri ilə əlaqələndirmə, elektron sistemdə qeydiyyatdan keçmək üçün texniki dəstək göstərilib.

Həmçinin, KOBİA proqrama qoşulmuş vətəndaşlar üçün təlimlərin təşkili, proqrama uyğun gələn vətəndaşların təsərrüfatına baxış, onlara aktivlərin (mal, material və digər əmlak) verilməsi proseslərində aktiv iştirak edir.

Özünüməşğulluq proqramını uğurla başa vurmuş vətəndaşlar növbəti mərhələdə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün də KOBİA-nın dəstək və xidmətlərindən istifadə edirlər.

Özünüməşğulluq proqramı mikro və kiçik sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlər üçün əlverişli imkanlar yaratdığından vətəndaşların bu proqrama müraciət etmək imkanlarının genişləndirilməsi məqsədilə 2019-cu ildən KOBİA ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyi arasında əməkdaşlıq həyata keçirilir.

VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur?