11 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlət-özəl sektor tərəfdaşlığına dair onlayn seminar keçirilib

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzinin təşkilatçılığı ilə dövlət-özəl sektor tərəfdaşlığı (DÖST) ilə bağlı onlayn seminar təşkil olunub.

Müxtəlif dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilmiş seminarın məqsədi ölkəmizdə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsi və bu modelin tətbiqinin genişləndirilməsi üçün aidiyyəti dövlət təşkilatlarının məlumatlandırılması, eləcə də bu sahədə xarici təcrübənin öyrənilməsidir.

Tədbirdə İstanbul Dövlət-Özəl Tərəfdaşlığı üzrə İnkişaf Mərkəzinin rəhbəri Eyüp Vural Aydın DÖST sahəsində Türkiyə təcrübəsi, bu sahədə həyata keçirilən layihələr barədə təqdimatla çıxış edib. Tədbir çərçivəsində ümumilikdə, DÖST modelinin mahiyyəti və üstünlükləri barədə ətraflı məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?