29 Mart 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Kredit güzəştlərinin tətbiqi maliyyə xərclərini azaldır

Pandemiyanın yayılmasının qarşısının alınması məqsədi daşıyan sərt karantin rejimi biznes subyektləri üçün ciddi çağırışlar yaratmışdır. Bu, həm şirkətlərin dövriyyələrinin azalmasında, həm tədarük-təchizat prosesindəki ləngimələrdə, həm də debitor borcları və kreditli satışlar üzrə risklərin yüksəlməsində özünü göstərir.

İqtisad üzrə fəlsəfə doktoru Xalid Kərimli bildirib ki, baş verən proseslər şirkətlərin maliyyə göstəricilərinin pisləşməsinə və likvidlik problemlərinin yaranmasına səbəb ola bilər. Dünyanı əhatə edən sərt karantin rejiminin yaratdığı başlıca fəsadları neçə qrupda nəzərdən keçirmək olar:

  • tədarük və təchizat prosesinin ləngiməsi və dayanıqsızlığı şirkətlərin istehsalı əvvəlki qaydada qura bilməsinə problem yaradır. Bunu həll etməyə çalışan şirkətlər daha əlverişsiz alternativ təchizatçılara müraciət etmək məcburiyyətində qalırlar ki, bu da istehsal olunmuş məhsulun maya dəyərinin yüksəlməsinə səbəb olur. Sabit və rəvan təchizat prosesinin pozulması ehtiyatların artırılmasına səbəb olur ki, bu da şirkətlərin həm maliyyə resurslarının toplanmasını şərtləndirir, həm də ehtiyatlara sərf olunmuş maliyyə xərclərinin artması mənfəət göstəricilərinin daha da pisləşməsinə şərait yaradır.

  • məzənnə riskinin yüksəlməsi və şirkətlərin maliyyə vəziyyətinin pisləşməsi satışın əsas hissəsini təşkil edən kreditli satışların həcminə mənfi təsir göstərir və şərtlər sərtləşdirilir. Şirkətlər müştərilərinə daha uzunmüddətli və böyük həcmli kommersiya kreditləri verməyə meyilli deyillər. Əksinə, kreditli satışlar zamanı borcların ödənmə müddəti və kreditli satışın limiti məhdudlaşdırılır ki, bu da şirkətlərin maliyyələşdirilməsi vəziyyətini çətinləşdirir.

  • qarşılıqlı borclanma genişlənir ki, bu da özlüyündə təkrar istehsalın təşkili prosesinə problemlər yaradır. Ümumi iqtisadi vəziyyətin pisləşməsi, risklərin yüksəlməsi fonunda ödəniş qrafiklərinə riayət etməmə və qarşılıqlı borclanmanın yüksəlməsi həm də debitorlarla əlaqədar hesablanmış ehtiyat xərclərini artıraraq maliyyə göstəricilərinə mənfi təsir edir.

  • dövriyyələrin aşağı düşməsi xüsusilə sabit xərcləri yüksək olan şirkətlər üçün müflisləşmə, likvidlik və reputasiya problemləri yaradır.

  • ümumi makroiqtisadi risk səviyyəsinin yüksəlməsi həm kredit faizlərinin yüksəlməsinə, həm də kommersiya kreditlərinin şərtlərinin sərtləşdirilməsinə səbəb olur. Bu isə nəticədə şirkətlərin resurs cəlb etmə imkanlarına mənfi təsir edir, faiz xərclərinin yüksəlməsinə rəvac verir və s.

Dövlətin kredit sahəsində nəzərdə tutulan güzəştlərinin iyul ayından tətbiqinə başlanılması bu sahədəki gərginlikləri yumşaldacaq və xüsusən pandemiyadan birbaşa ziyan çəkən sahələrdə maliyyə xərclərinin aşağı düşməsinə səbəb olacaq. Ona görə də dəstək proqramı bütün iqtisadiyyatı əhatə etməli və şirkətlərin post karantin dövründə fəaliyyətlərini bərpa edə bilməsinə şərait yaratmalıdır. Mövcud pul-kredit və maliyyə siyasəti daha da genişləndirici və stimullaşdırıcı xarakter almalıdır.

Fəxriyyə İKRAMQIZI

Vergiİtirilmiş istifadəçi kodu, parol və şifrənin bərpası hansı qaydada mümkündür? VergiYaşayış binalarındakı mənzillər vergitutma obyekti sayılırmı? İqtisadiyyatEldəniz Əmirov: “Dövlət zəmanəti ilə verilən kreditlər daha etibarlıdır” VergiFaizsiz borclar hansı formada vergiyə cəlb olunur? VergiHansı halda əyləncə və yemək xərcləri gəlirdən çıxıla bilər? İqtisadiyyatXalid Kərimli: “Daxildə emal prosedurunun tətbiqində məqsəd ixracın stimullaşdırılmasıdır” İqtisadiyyatPərviz Heydərov: “Daxildə emal proseduru ixracın xüsusi çəkisinin artmasına səbəb olacaq” İqtisadiyyatEyyub Kərimli: “Rəqabət Məcəlləsi iqtisadiyyat üçün yeni imkanlar yaradacaq” VergiQeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 898 minə çatıb VergiAktiv ƏDV ödəyicilərinin sayı 14,4 faiz artıb