1 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Pandemiya ilə mübarizə tədbirləri çərçivəsində maarifləndirici aksiya davam edir

Pandemiya ilə mübarizə tədbirləri çərçivəsində maarifləndirici aksiya davam edir

Məlumat verildiyi kimi, İqtisadiyyat Nazirliyinin təşəbbüsü, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və özəl sektorun ("Mətanət A", Neftçala Avtomobil Zavodu, "A.M.O." MMC) dəstəyi ilə vətəndaşların koronavirus infeksiyasının profilaktikasına dair maarifləndirilməsi tədbirlərinə dəstək məqsədilə sosial aksiya keçirilir.

Aksiya 28-29 iyul tarixlərində Mingəçevir şəhərində və Ağstafa rayonunda davam etdiriləcək.

Qeyd edək ki, indiyədək Sumqayıt və Xırdalan şəhərlərində, Qaradağ rayonunun Lökbatan qəsəbəsində, Masallı, Lənkəran, Astara, Neftçala rayonlarında keçirilmiş aksiyalar çərçivəsində KOB dostları və könüllülər tərəfindən ticarət və xidmət obyektlərinə yaxın yerlərdə, parklarda vətəndaşlarla xüsusi karantin rejimi qaydalarına dair maarifləndirici söhbətlər aparılıb, 9 minə yaxın tibbi maska paylanılıb.

Dövlət-biznes əməkdaşlığı çərçivəsində həyata keçirilən maarifləndirici aksiya iyul-avqust ayları ərzində davam etdiriləcək və ölkənin 20-yə yaxın şəhər və rayonunu əhatə edəcəkdir.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?